Samux Gəncləri Prezidentə yazırlar: Sizə daim inanırıq, güvənirik və yürütdüyünüz siyasəti dəstəkləyirik
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vətəndaşlarımız tərəfindən çoxsaylı minnətdarlıq məktubları ünvanlanır.
Samux rayonundan Tural Məhərrəmli: “Hörmətli cənab Prezident, Mübarizlər, Fəridlər yetişdirmiş ölkəmizdə Sizin əmrinizi gözləyən, arxanızda dayanan milyonlarla igidimiz var. Biz bir ölsək də, milyon doğularıq. Cənab Ali Baş Komandan, əsgər Məhərrəmli Tural Elşad oğlu Sizin əmrinizi gözləyir və iradənizə inanır”.
Samux rayonundan Anar Əhmədov: “Hörmətli cənab Prezident, xalqımız ordumuzun dayağı, ordumuz müstəqilliyimizin qarantıdır. Mən fəxr edirəm ki, Azərbaycanın güclü ordusu var. Cənab Ali Baş Komandan, qəhrəman ordumuz düşmənə bir daha öz gücünü göstərdi. Düşmən təxribatının qarşısı şanlı ordumuz tərəfindən qətiyyətlə alındı. Güclü ordunun güclü əsgəri olaraq döyüşməyə, qələbə qazanmağa hazırıq. Hər birimiz o günü səbirsizliklə gözləyirik. Cənab Ali Baş Komandan, Sizin döyüşə əmrinizlə torpaqlarımızı qısa müddətdə düşməndən azad etməyə hazırıq”.
Samux rayonundan Pərviz Hüseynov: “Hörmətli cənab Prezident,bu günlərdə xalqımızın həmrəy olması, vətənpərvərlik nümayiş etdirməsi heç də əbəs deyil. Xalqımızın Sizə olan inamı və etibarı sonsuzdur və Sizin əmrinizə kiçikdən böyüyə hər kəs hazırdır. Mən də Sizin əmrinizə hazıram və iradənizə inanıram”.
Samux rayonundan İlahə Qurbanova: ”Hörmətli cənab Prezident, bu günlər ölkəmizdə baş verən hadisələri hər birimiz həyəcanla izləyirik. Ancaq əminik ki, qüdrətli ordumuz ermənilərin təxribatlarının qarşısını qətiyyətlə alacaq. Mən Sizə və şanlı ordumuza güvənirəm. İnşallah, düşmən tapdağı altında olan Qarabağımıza Sizin komandanlığınızla tez bir zamanda qovuşacağıq. O günlər uzaqda deyil. Şanlı bayrağımız Qarabağda dalğalanacaq”.
Samux rayonundan Lalə Məmmədova: “Möhtərəm cənab Prezident,Sizin qətiyyətli addımlarınız və qəbul etdiyiniz qərarlar bu gün xalqımızın qarşılaşdığı hər bir problemin həllində öz rolunu oynayır.Bu günlərdə Ermənistan-Azərbaycan dövlət sərhədində baş verən düşmən təxribatlarının qarşısının qətiyyətlə alınması ordumuzun nə qədər güclü olmasını sübut edir. Biz ordumuzun göstərdiyi şücaətdən ruhlanaraq, hər zaman olduğu kimi, bu gün də Sizin əmrinizi gözləyir və Sizin iradənizə inanırıq”.
Samux rayonundan Rəşid Şabanov: “Hörmətli Prezident, cənab Ali Baş Komandan, bu gün ordumuzun dünyanın 200-dən çox ölkəsinin ordusu içərisində ilk 50-likdə olması Sizin ölkəmizdə bütün sahələrə, o cümlədən müdafiə sahəsinə dayırdığınız diqqət və qayğının, silahlı qüvvələrimizin müasir silahlarla təmin edilməsinin nəticəsidir. Biz buna istər aprel döyüşlərində, istərsə də ordumuz tərəfindən düşmən təxribatının qarşısı alınarkən dəfələrlə şahidi olmuşuq.İyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən nankor planını yenidən həyata keçirməyə cəhd göstərsə də, şanlı ordumuzun qəhrəman əsgərləri, zabitləri düşmənin bu hiyləgər planını da puça çıxardı və Sizin tapşırıqlarınızı layiqincə yerinə yetirdilər. Ordumuz gücünün az bir hissəsini göstərərək, düşmənə sarsıdıcı zərbələr endirdi. Düşmən çoxsaylı itki verərək geri çəkilməyə məcbur qaldı.Biz - Yeni Azərbaycan Partiyası Samux rayon Gənclər Birliyinin fəal üzvləri ordumuzun göstərdiyi şücaətdən ruhlanaraq hər zaman olduğu kimi, bu gün də Sizin əmrinizi gözləyir və iradənizə inanırıq”.