Mənim dövlətim ən çətin anlarda belə vətəndaşının yanındadır.
Azərbaycan xalqının qonaqpərvərliyindən,xoş və təmiz niyyətindən istifadə edib öz torpağımızda bizlərə zamanla düşmən kəsilən Erməni daşnağının son xainliyindən yazmaq istəyirəm və bu xain niyyətin qarşısını layiqincə alan Azərbaycan ordusunun şanlı İyul qələbəsindən.
İyulun 12-dən etibarən Ermənistan Respublikası Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində xaincəsinə, qəsdən və hədəflənmiş şəkildə yaşayış məntəqələrimizi, dinc əhalini iri çaplı silahlardan və ağır artilleriya qurğularından intensiv atəşə tutdular. Ancaq Azərbaycan əsgəri düşmənin bu məkirli mənfur hücumunun qarşısını mərdliklə alaraq Ermənistanı birdaha hərb meydanında məğlubiyyətə uğratdı. Cəhbədə vətən deyib rəşadət göstərən qəhrəman əsgəri kimi döyüşlərin aparıldığı Tovuz kəndinin sakinləridə şücayət nümayiş etdirərək öz doğma torpağlarından bir addım belə geri çəkilmədilər. Döyüşlər nəticəsində mənfur Ermənistan bütün beynəlxalq hüquq normalarını pozaraq mülki əhaliyə və onun əmlakınada ziyan vurdu. Tovuz rayonunun bir sıra döyüşlər aparılan kəndlərində yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə ciddi ziyan dəydi. Ancaq Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin böyük diqqət və qayğısının birdaha bariz nümunəsidir ki, “Azərbaycan Respublikasının Tovuz rayonunu Ermənistan Respublikası Silahlı Qüvvələrinin intensiv atəşə tutması nəticəsində həmin kəndlərdə yaşayan mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı. Sərəncamla mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə tapşırıldı. Cənab Prezidentin müvafiq sərəncamından sonra Tovuz rayonunda işlərə başlanılıb və təcili tədbirlər görülür. Bu məqsədlə İşçi Qrup yaradılıb, mütəxəssislər cəlb edilib, ekspertlər dərhal Tovuz rayonuna ezam olunublar. Vəziyyətlə bilavasitə yerində tanış olmaq ucun hücuma məruz qalmış yaşayış məntəqələrində hərbi təcavüzdən zərər çəkmiş dinc əhalinin, onların əmlaklarının, dövlət obyektlərinin vəziyyəti öyrənilir, ekspertlər tərəfindən obyektlərə müayinə və ekspertiza işləri aparılır. Dəymiş ziyanın qısa müddətdə qiymətləndirilməsi təmin ediləcəkdir.Mənfur düşmənin hərbi hücumu nəticəsində zərər vurulmuş obyektlərin tam bərpası və təmir-tikinti işlərinin sürətlə həyata keçirilərək cənab Prezidentinə təqdim ediləcəki, buda birdaha onun göstəricisidir ki, xalqın problemlərinin həlli ölkə rəhbərinin siyasi prioritetinin əsasə mərkəzidir. Ziyan dəymiş əsas kəndlər Tovuz rayonunun Ağdam, Əlibəyli, Dondar Quşçu, Vahidli, Yuxarı Öysüzlü və Aşağı Öysüzlü kəndləridir ki, ilkin qiymətləndirmə zamanı dinc əhaliyə məxsus 35 evin müxtəlif dərəcədə ziyan çəkdiyi müəyyən edilmişdir. Mənfur düşmənin intensiv atəş nəticəsində dövlət əmlakına da zərər dəyib ki, bu əsasən, kəndlərə çəkilən qaz boruları, elektrik naqilləri, sosial və rabitə infrastrukturudur.Ölkə rəhbərinin müfaiq tapşırığından sonra mülki əhaliyə və dövlət əmlakına dəymiş ziyanın aradan qaldırılması üçün bütün qüvvələr səfərbərliyə alınıb. Dəymiş zərər tezliklə aradan qaldırılacaq. Ziyan dəymiş infrastruktur və evlər bərpa olunacaq. Həyat tamamilə öz məcrasına qayıdacaq. Azərbaycan dövləti hərzaman olduğu kimi yenədə vətəndaşının yanında olduğunu birdaha göstərdi. Dövlətimiz Azərbaycanının ərazı bütövlüyü uğrunda vuruşanları, canını fəda edənləri heç vaxt unutmur, onlara və ailələrinə hər zaman həssaslıqla yanaşır. Azərbaycan Şəhidlərini hərzaman uca tutmuş və onların geridə əmanət qoyduğu ailələrinə sonuna kimi qayğı ilə yanaşmışdı. Bunun nəticəsidir ki, Tovuz rayonu istiqamətində döyüşlərdə şəhid olan bütün hərbi qulluqçuların ailələrinin qayğıları öyrənilir və onların həlli istiqamətində addımlar atılır;
Ölkə rəhbəri İlham Əliyevin tapşırığı ilə şəhid general Polad Həşimov və şəhid polkovnik İlqar Mirzəyevin ailəsinə ev verildi, ölkənin birinci Vitse prezidenti Mehriban xanım Əliyeva Tovuz istiqamətində şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verərək, Şəhid olan hərbçilərin ailə üzvlərinin bütün qayğılarının daim Fondun nəzarətində olacaqını birdaha bəyan etdi.
Bütün bunlar birdaha göstərə ki, Azərbaycan hər bir qəhrəman övladına ən ali mərtəbədə yanaşır. Onların bu torpağ uğrunda canlarını fəda etdikdən sonra bizlərə əmanət etdiyi ailələri isə hər bir Azərbaycan vətəndaşının anası,bacısı,qardaşıdır. Biz bu əmanətə bir xalq olaraq sahib çıxmağı özümüzün vətəndaşlıq borcumuz bilməliyik.