Şriftin ölçüsü :

Saytın rəngi :

Elmi-praktik konfrans

10 may 2012 | 15:00

9 may 2012-ci il tarixində Samux rayon İcra Hakimiyyətinin iclas zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümünə həsr olunmuş elmi-praktik konfrans keçirilmişdir. Konfransda rayon İcra Hakimiyyəti başçısının aparatı, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ziyalılar, ağsaqqallar , ictimaiyyət nümayəndələri və kütləvi informasiya vasitələri iştirak edirdi.
Elmi-praktik konfransın əvvəlində Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş etdirildi.
Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev konfransın işini açıq elan etdi və Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən danışaraq qeyd etdi ki, xalqımızın böyük oğlu Heydər Əlirza oğlu Əliyev Azərbaycan xalqının yetişdirdiyi ən görkəmli sima, dövlət idarəçiliyi sahəsində böyük, təcrübəli siyasət adamı, dövlət xadimidir. Bu fenomenal şəxsiyyət Azərbaycanımızın, dövlətimizin tarixində əbədi qalacaq və həmişə anılacaq şəxsiyyətdir. Heydər Əliyev bütün həyatını Azərbaycanın inkişafına həsr etmiş mətin dövlət xadimi, xalqını hədsiz sevən qüdrətli şəxsiyyətdir.
Konfransda çıxış edənlər Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının sədri Gündüz Bayramov, Yuxarı Ağasıbəyli kənd tam orta məktəbinin müəllimi Əfqani Babayeva, Qarayeri qəsəbə 1 saylı tam orta məktəbinin müəllimi Göyçək Namazova və rayon ağsaqqalı Nizami Əliyev Azərbaycan xalqının milli qüruru olan Heydər Əliyevin zəngin və həmişə yaşar irsinin sistem halında araşdırılması, elmi əsaslarla öyrənilməsi və təbliği, bu zəngin xəzinənin milli-mənəvi və bəşəri dəyərlərinin xalqa, xüsusən də, gənc nəslə yetərincə çatdırılması haqqında maraqlı məlumatlar verdilər . Natiqlər qeyd etdilər ki, müasir Azərbaycan dövlətçiliyinin banisi Heydər Əliyev bizə azərbaycançılıq kimi dərin bir fəlsəfi konsepsiyanı bəxş edərək, Azərbaycan dilini, Azərbaycan tarixini, Azərbaycan mədəniyyətini və milli mənəvi dəyərlərimizi qorumağı dönə-dönə tövsiyə etmişdir. Bu tövsiyələrin bu gün Ulu öndərin ən layiqli davamçısı azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi xüsusi vurğulanmışdır.
Tədbirin sonunda Samux rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev Ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü münasibəti ilə keçirilən Respublika inşa yazı müsabiqəsinin qalibi, Qarayeri 1 saylı orta məktəbin 10-cu sinif şagirdi Gülay Teymurzadəyə, rayon üzrə keçirilən futbol, mini futbol və şahmat yarışlarının qaliblərinə qiymətli hədiyyələr, diplomlar və medallar təqdim etdi. Daha sonra bir qrup gəncə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olundu.
 

Keçidlər