Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 –ci il dönümünə həsr edilmiş “Kitab bayramı” keçirilmişdir.

03 may 2014 | 15:00

Samux rayon Mədəniyyət və Turizm şöbəsində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 –ci il dönümünə həsr edilmiş “Kitab bayramı” keçirilmişdir.  Tədbiri giriş sözü ilə açan  şöbə müdiri Kamil Vəliyev bildirdi ki,  Heydər Əliyev mədəniyyəti xalqın böyük sərvəti hesab edirdi. Elə ona görə də mədəni-mənəvi dəyərlərin qorunması, təbliği və yeni estetik düşüncəyə məxsus əsərlərin yaradılması üçün mümkün olan hər şeyi edirdi. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti möhtərəm, cənab  Prezidentimiz İlham Əliyev hakimiyyətə gəldiyi vaxtdan digər sahələrdə olduğu kimi davam və inkişaf etdirildi. O daha sonra  kitabın bütün insanların həyatında elm və bilik mənbəyi olmasından söhbət açmış və işçiləri kitab bayramı münasibətilə təbrik etmişdir.
Sonra çıxış üçün söz YAP-nın Samux rayon təşkilatının aparat rəhbəri Xəlilova Sevinc  xanıma  verildi. O, da bütün MKS-nin işçilərini təbrik etdi və işlərində uğurlar arzuladı.
Tədbirin sonunda mədəniyyət işçilərinin və məktəb şagirlərinin ifasında şerlər və musiqilər səsləndirildi.

Keçidlər