Samuxlu gənclər gənclər döyüşə getmək üçün cənab Prezidentə müraciət etdilər
Hörmətli cənab Prezident.
Bu günlərdə cəbhədə baş verənlər məni bir gənc olaraq çox təsirləndirdi. Sizin komandanlığınızla bu ruhla, bu inamla və ən əsası xalqın gücünü, dəstəyini bu cür hiss edən bir ordunun qarşısını heç bir ordu kəsə bilməz.
Cənab Prezident, biz Yeni Azərbaycan Partiyası Samux rayon Gənclər Birliyinin üzvləri Sizin “döyüş” əmrinizi gözləyirik.
Hörmətlə,
Tağızadə Cəlal Əbülfət oğlu
Yeni Azərbaycan Partiyası Samux rayon Gənclər Birliyinin üzvü
Azərbaycan Respublikası, Samux rayonu.
Hörmətli cənab Prezident.
Ordumuzun gücü, qüdrəti Sizin siyasi iradənizi göstərən ən gözəl amildir. Son günlərdə düşmən təxribatları qarşısında sinəsini sipər edən qəhrəman əsgərlərimizə və zabitlərimizə inamımız tamdır və Sizin əmrinizlə onlarla çiyin-çiyinə vuruşacağımızı səbirsizliklə gözləyirik.
Dərin hörmətlə,
Namazlı Vüsal İltifat oğlu
Yeni Azərbaycan Partiyası Samux rayon Təşkilatı Gənclər Birliyinin üzvü
Azərbaycan Respublikası, Samux rayonu.