Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 –ci il dönümünə həsr edilmiş sərbəst güləş idman növü üzrə Samux rayon birinciliyi keçirilmişdir.
29 Aprel 2014-cü il tarixdə Poylu kənd tam orta məktəbin idman zalında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci il dönümünə həsr edilmiş Sərbəst güləş idman növü üzrə rayon birinciliyi keçirilmişdir. Birincilikdə 55 nəfər idmançı iştirak etmişdir.Yarışın açılışında Ulu öndər Heydər Əiyevin idmana diqqət və qayğısından geniş məlumat verilmiş ,cənab prezident İlham Əliyevin yeritdiyi siyasət nəticəsində müstəqil Azərbaycanımız idman ölkəsinə çevrildiyi qeyd edilmişdir. Mütəşəkkil təşkil edilmiş yarışda 10 çəki dərəcəsində 1:2:3 – cü yerlərə layiq olan idmçançılar diplom və medallarla mükafatlandırlımışdır. Rayon mərkəzindən kənarda, Gürcüstanla sərhəddə yerləşən bu bölgədə idmanın inkişaf etdirilməsi əsas hədəf olduğu bildirilmişdir.