Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı videokonfrans keçirdi

14 iyul 2020 | 16:00

14 iyul 2020-ci il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev icra nümayəndələri, bələdiyyələr və Suvarma sistemləri idarəsinin iştirakı ilə videokonfrans keçirdi. Konfransı giriş sözü ilə açan Alı Qocayev qeyd etdi ki, 2020-ci iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi Ermənistanın işğalçılıq siyasətininin bariz nümunəsidir.  Bu gün Ermənistanda əhalinin hakimiyyətə etimadının itməsi ilə əlaqədar dərin böhran yaşanılır. Ermənistanın təcrübəsiz, populist baş naziri Nikol Paşinyan faktiki olaraq ölkədə diktatura qurmuşdur. Bütün siyasi rəqiblərini təqib edir, həbs edir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb.
Daha sonra Alı Qocayev yay mövsümü ilə əlaqədar olaraq rayonda suvarma suyuna olan təlabatdan söz açaraq sulardan səmərəli istifadə edilməsinin vacibliyindən də danışdı. Samux Rayon Suvarama Sistemləri idarəsinin rəisi Gülağa Bağırova və icra nümayəndələrinə su itgisinin qarşısının alınması məqsədi ilə arx və kanalların təmizlənməsini, təsərrüfat sahibləri ilə növbəlilik əsasında işlərin qurulmasını tapşırdı.
Videokonfrans zamanı rayon rəhbəri Alı Qocayev bildirib ki, COVID-19 virusunun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi ilə əhali arasında geniş maarifləndirici və izahedici tədbirlər aparılmalıdır. Yerlərdə karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, əhalinin maarifləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi, İƏD  üzrə nümayəndələrin hər bir ailəyə fərdi qaydada yanaşması və özünütəcridlə bağlı izahedici işlərin aparılması, onların sosial ehtiyaclarının öyrənilməsi ilə bağlı tapşırıqlar verdi.
Videokonfransın sonunda rayon rəhbəri sakinləri sosial məsuliyyətdən irəli gələn həmrəylik nümayiş etdirməyə, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına əməl etməyə, sağlamlıqlarını qorumağa çağırıb, bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı məsul şəxslərə tapşırıq və tövsiyələrini verdi.

Keçidlər