Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Əhmədbəyli kəndində səyyari görüşü keçirilmişdir.

30 aprel 2014 | 15:00

29 aprel  2014-cü  il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Əhmədbəyli kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Əhmədbəyli kənd  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Şükürov Ayaz  Əhmədbəyli kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd  də görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar oldu.
1. Məmmədov  Mirağa Nüsrət oğlu çıxış edərək yaşadığı binanın kanalizasiya sisteminin təmirinə köməklik göstərilməsini xahiş etdi.
2 Məmmədov  Tahir  Kamil oğlu pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun vurulması ilə bağlı təkliflə çıxış etdilər.
3. Quliyev  Eldar Məmməd oğlu yaşadığı küçədəki elektrik dirəkələrinin yenisi  ilə əvəz edilməsi  təklifi ilə çıxış etdi.
4. Qayıbov Ramiz Səlman oğlu  təqaüdçülər üçün çay evinə qaz xəttinin çəkilməsinə köməklik göstərilməsini xahiş etdi.

            Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev kənd  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər