Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda Ulu Öndər Heydər Əliyev “Uşaqların Gözü ilə ” mövzusunda tədbir keçirilmişdir.

26 aprel 2014 | 15:00

“Uşaqların  Gözü  ilə”  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 91-ci il dönümü ilə əlaqədar 25.04.2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətində Samux rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə Samux rayon ümumtəhsil məktəbləri arasında istedadlı şagirdlərin yarışının final mərhələsi  220 nəfərin  iştirakı ilə  keçirilmişdir. Yarışlarda 8 naminasiya (Bilik yarışı, bədii qiraət, Təsviri incəsənət, əl işləri, ən yaxşı səs,çalğı alətləri, simli çalğı alətləri, rəqs) üzrə I, II, III yerə layiq görülmüş qaliblər İcra Hakimiyyətinin  Başçısı  tərəfindən  mükafatlandırılmışdır. Qeyd edək ki, final mərhələsinə qədər üç bölgədə (Seyidlər kənd tam orta məktəbi, Əhmədbəyli kənd tam orta məktəbi, Samux şəhər 3 nömrəli tam orta məktəb) rayonun bütün məktəblərinin iştirak etdiyi seçim turları keçirilmiş, seçim turlarında ən yaxşı nəticə göstərən şagirdlər final mərhələsində iştirak etmək hüqüqu qazanmışlar.
  Tədbirdə  Samux  rayon  Təhsil  Şöbəsinin  müdiri  Gülağa  Hüseynova  söz  verildi  o  Ulu  Öndərin  həyat  və  fəaliyyəti  barədə  geniş  məlumat  verdi,  bildirdi  ki,  Heydər  Əliyevin  anadan  olmasının  91-ci il  dönümü  ilə  bağlı  tədbirlər  planına  uşğun  olaraq  bütün  ümumtəhsil  müəssisələrində  tədbirlər  keçirilmiş. Bu  günkü  tədbirdə  isə  məqsədimiz  bir  daha  şagirdlərə  Heydər  Əliyev  irsini  aşılamaqdır.
  Yeni  Azərbaycan  Partiyasının  sədri   Gündüz  Bayramov   çıxış  edərək  partiyanın  yaranmasından  danışdı  və  partiyanın fəaliyyətini  qiymətləndirdi.
  Samux  rayon  İcra  başcısı  cənab  Alı  Qocayev   çıxış  edərək  şagirdlərə  uğurlar  arzu  etdi  bildirdi  ki,  bu  günün  şagirdləri  olan  sizlər  Azərbaycanın  gələcəyidir.

Keçidlər