“Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyyələr” mövzusunda online-video müşavirə keçirildi.
01 iyul 2020 | 16:00
01 iyul 2020-ci il tarixdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “Bələdiyyələrdə Gender Bərabərliyi siyasətini həyata keçirmək üçün praktiki tövsiyyələr” mövzusunda keçirilən online-video müşavirəyə Samux rayonundan İcra Hakimiyyəti Başçısının müavini Kəmalə Xəlilova və Sərkar bələdiyyəsinin sədri Şəmistan Yusifov da qoşulmuşlar. Online müşavirədə Komitə sədri Bahar Muradova, Mili Məclisin deputatları Hicran Hüseynova və Səyavuş Novruzov mövzu ətrafında çıxışlar etmişlər.