Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Samux rayon təşkilatının Qadınlar Şurasının IV konfransı keçirildi.

30 aprel 2014 | 15:00

29 aprel 2014-cü il tarixdə YAP Samux rayon təşkilatının Qadınlar Şurasının IV konfransı keçirildi.
Tədbir iştirakçıları əvvəlcə YAP Samux rayon Təşkilatının inzibati binasının foyesində ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoydular. Sonra Konfransı giriş sözü ilə açan YAP Samux rayon təşkilatının  sədri Gündüz Bayramov tədbirin gündəliyi barədə məlumat verib Konfrans iştirakçılarına uğurlar arzuladı.
Sonra YAP Samux rayon təşkilatının Qadınlar Şurasının sədri Kəmalə Xəlilova hesabat məruzəsi ilə çıxış edərək bildirdi ki, YAP Samux rayon Təşkilatının 4668 nəfər partiya üzvünün 2665 nəfərini qadınlar təşkil edir.Qadınlar Şurası hesabat dövründəki fəaliyyətində partiyanın Proqram və Nizamnaməsini əldə rəhbər tutmuş, öz işini YAP Qadınlar Şurasının Əsasnaməsinin tələbləri səviyyəsində qurmağa çalışmış və bundan sonra da bu istiqamətdə çalışacaqlar.
Məruzə ətrafında çıxış edənlər Hüseynova Elnaz, Kazımova Pərvanə, Məmmədova Mahirə qadınların ölkənin və rayonun ictimai- siyasi həyatındakı rolundan, həmçinin rayonda qadınlara göstərilən diqqət və qayğıdan danışdılar. YAP Samux rayon təşkilatının Qadınlar Şurasının hesabatı qənaətbəxş hesab edildi. Daha sonra gündəlikdəki təşkilati məsələyə baxıldı.YAP Samux rayon təşkilatı Qadınlar şurasının yeni sədri və idarə heyyəti seçildi, Kəmalə Xəlilova yenidən YAP Samux rayon təşkilatı Qadınlar şurasının sədri seçildi.
Konransın işində iştirak edən Samux rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev çıxış edərək qadınların cəmiyyətdəki  rolundan ətraflı danışdı və yeni seçilmiş Qadınlar Şurasının üzvlərini təbrik etdi.

Keçidlər