Samux rayonunda görkəmli oftomoloq, akademik Zərifə Əliyevanın anadan olmasının 91 illik yubileyi ilə əlaqədar konfrans keçirilmişdir.
Yeni Azərbaycan Partiyasının Samux Rayon təşkilatının iclas zalında 26.04.2014-cü il tarixində görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91 illiyi ilə bağlı tədbir keçirilmişdir. Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən filimə baxıldıqdan sonra tədbiri rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev açaraq Azərbaycanın görkəmli alimi və təbibi Zərifə xanım Əliyevanın həyat və fəaliyyəti barədə tədbir iştirakçılarına geniş məlumat verdi. O, bildirdi ki, Zərifə xanım respublikamızda tibb elminin inkişafına mühüm töhfələr vermiş, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSR-i məkanında, həmçinin dünya miqyasında böyük şöhrət qazanmışdır. Umummilli lider Heydər Əliyevin ömür gün yoldaşı Zərifə xanım həm də fəal ictimai xadim, qayğıkeş ana olmuşdur.
Daha sonra “Böyük alım, mehriban ana” mövzusunda mərizə ilə çıxış edən Samux Rayox İcra Hakimiyyəti Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Kəmalə Xəlilova Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərinin olduğunu dedi. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftomologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftomologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 150-yə yaxın elmi işin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir. Məruzədə Zərifə xanım Əliyeva xəstələrinə göstərdiyi ana qayğısından xüsusilə geniş danışıldı.
Məruzə ətrafında çıxış edənlər Mərkəzi Rayon Xəstəxanasının baş həkimi İlham Həsənov, həkim Kamran Ələkbərov, YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov Azərbaycan səhiyyəsinə böyük töhfələr vermiş alimin əmək fəaliyyətindən geniş söhbət açdılar.