Samux rayonunda Heydər Əliyev Mərkəzində gənclərlə görüş keçirilmişdir.
23 Aprel 2014-cü il tarixdə Saat 15 00 –da Heydər Əliyev Mərkəzində Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə, Yeni Azərbaycan Partiyası Samux rayon təşkilatının , Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Samux rayon bölməsi, Qarabağ Müharibəsi Əlilləri Veteranları Şəhid Ailələri İctimai Birliyinin ,Orta məktəblərin hərbi rəhbərlərinin və Qarabağ döyüşçülərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir.Dəyirmi masada gənclər arasında aparılmış hərbi vətənpərvərlik işlərinin müzakirəsi aparılmış ,gələcək perspektiv işlər barədə birgə işlərin yüksək səviyyədə qurulması üçün orta məktəblərdə təbliğat işlərinin gücləndirilməsi qərara alınmışdır.