Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Yuxarı Ağasıbəyli kəndində səyyari görüşü keçirilmişdir.

23 aprel 2014 | 15:00

22 aprel  2014-cü  il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Yuxarı Ağasıbəyli  kənd  sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə kənd sakinləri ilə yanaşı  İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Yuxarı Ağasıbəyli  kənd  inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi Yuxarı Ağasıbəyli  kəndi barədə iclas iştirakçılarına geniş məlumat verdi. Kənd  də görülmüş işlər, təbii qaz, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra kənd  sakinləri tərəfindən çıxışlar oldu.
1. Hüseynova  Almaz  Camal qızı  çıxış edərək kənddə uşaq  bağçasının açılmasına    köməklik göstərilməsini xahiş etdi.
2 Verdiyev  Saməddin Bayram oğlu və Ağayev  Sakit Vəli oğlu 1 ədəd subartezian quyusunun qazılması  ilə bağlı təkliflə çıxış etdilər.
3. Alıyev  Rahil İslam oğlu   isə öz çıxışlarında yararsız hala düşmüş 3 ədəd elektrik dirəklərinin yenisi ilə əvəzlənməsi təklifi ilə çıxış etdilər.
           Səyyar qəbulu  yekunlaşdıran Samux  RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə  sakinləri tərəfindən irəli sürülmüş rəy  və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə  yerindəcə müvafiq tapşırıqlar  verdi.

Keçidlər