Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilmişdir

23 aprel 2014 | 15:00

Çernobıl faciəsinin ildönümü münasibəti ilə  22 apreldə  Samux Rayon İcra Hakimiyyətində Çernobıl əlilləri ilə görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyəti başçısı cənab Alı Qocayev ölkə Prezidenti Cənab İlham Əliyev tərəfindən əlillərə yüksək dövlət qayğısının göstərildiyini qeyd etmişdir. Bu kateqoriyadan olan insanların sosial məişət və mənzil şəraitlərinin yaxşılaşdırılması üçün tədbirlərin görüldüyünü qeyd etdi. Çernobıl qəzası iştirakçıları və zərərçəkmiş şəxslərin statusu və sosial müdafiəsi sahəsində rayonumuzda da bir sıra işlərin həyata keçirildiyini bildirdi. Qeyd olundu ki, Samux rayonunda 27  nəfər Çernobıl qəzası iştirakçısı və zərərçəkmiş şəxs yaşayır ötən il  rayonda yaşayan üç nəfər Çernobıl faciəsi əlilinə yeni mənzil verilmiş səkkiz nəfər isə mənzil növbəsində götürülmüşdür. Cənab Prezidentin tapşırığı ilə bütün kateqoriyadan olan əlillərin, o cümlədən Çernobıl əlillərinin problemlərinin həllinə diqqət göstərildiyini bildirən rayon icra hakimiyyəti başçısı hər an onların problemlərinin həllinə səylə çalışdıqlarını qeyd etdi.
      Görüşdə iştirak edən Çernobıl iştirakçıları göstərilən diqqət və qayğıya görə öz təşəkkürlərini bildirmiş, həmçinin onları narahat edən məsələlərin həlli ilə əlaqədar rayon İcra hakimiyyətinin başçısına müraciət etmişlər.
       Tədbirin sonunda rayon icra hakimiyyəti başçısı tərəfindən rayonda yaşayan  Çernobıl əlillərinə ərzaq bağlamaları  təqdim olunub.

Keçidlər