Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən vətəndaşların növbəti onlayn qəbulu keçirildi.

11 iyun 2020 | 16:00

11 iyun 2020-ci il tarixində Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev vətəndaşların növbəti onlayn qəbulunu keçirdi.
   Qəbul zamanı Qaraarx qəsəbə sakini Abdullayeva Şahnaz Əlisultan qızının işlə təmin olunması ilə bağlı, Sərkar kənd sakini  Quliyeva Xatirə Aslan qızının sosial yardımla bağlı, İstixana kənd sakinləri Qəhrəmanov Əli Sərdar oğlunun və Qurbanov Rabil Cabbar oğlunun isə içməli su ilə bağlı video müraciətləri dinlənilib.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumlara tapşırıqlar verərək virtual qəbulda qaldırılan məsələləri nəzarətə götürüb.

 

Keçidlər