Şriftin ölçüsü :

Saytın rəngi :

Qondarma Dağlıq Qarabağda xunta rejiminin keçirdiyi saxta prezident və parlament seçkiləri- “məzhəkə oyunu”dur

08 iyun 2020 | 16:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf bəxş edən dəyərləri təbliğ etməklə beynəlxalq sistemin təhlükəsizliyi və sabitliyinə mühüm töhfə verir.  O cümlədən dəfələrlə Rusiya və NATO arasında dialoqun aparılmasında da vasitəçi kimi çıxış etmiş Azərbaycanın nüfuzu ermənipərəst, azərbaycanafobiya qüvvələri narahat etməyə bilməz. Cənab  Prezident də iyunun 3-də Tərtər Olimpiya İdman Kompleksinin açılışı zamanı Avropa Şurasının timsalında Azərbaycanın artan nüfuzuna qısqanc münasibətə diqqət çəkmişdir.
Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qondarma xunta rejiminin keçirdiyi saxta “prezident və parlament seçkiləri”ni heç bir dövlət tanımayıb.  Hətta Dağlıq Qarabağ münaqişəsinin həlli üçün vasitəçilik missiyası ilə çıxış edən ATƏT-in Minsk qrupu həmsədrləri – Amerika, Fransa, Rusiya qondarma xunta rejimində keçirilən seçkiləri və nəticələrini tanımadıqlarını bildiriblər. Avropa İttifaqı, Avropa  Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı - bütün aparıcı beynəlxalq təşkilatlar bu seçkiləri qınayıb.  Ancaq Avropa Şurası həmin beynəlxalq təşkilatların sırasına qoşulmayıb. Avropa Şurasının susmağının səbəbi bəllidir.  Çünki Avropa Şurası Parlament Assambleyasının əsas hədəflərindən biri Azərbaycanı ləkələmək, ölkəmizi gözdən salmaq, ölkəmiz haqqında uydurmalar yaymaq, saxta məruzələr qəbul etdirmək, Azərbaycanda “beşinci kolonu”, satqınları və münaqişə ilə bağlı Ermənistan tərəfini dəstəkləməkdir.   Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev bütün təhdid və təzyiqlərə qarşı qətiyyətli mövqe ortaya qoyur, müstəqil siyasət həyata keçirir.  Ona görə ermənipərəst Avropa Şurası bu saxta seçkilərlə bağlı səsini belə çıxarmadı.
1992-ci ildən bu günə qədər Ermənistan dövlət başçılarının Azərbaycana qarşı təcavüzkarlıq, status-kvonu qorumaq, torpaqların işğalını qanuniləşdirmək cəhdi, o cümlədən beynəlxalq aləmdə humanitar dövlət imici ilə tanınmağa çalışmaq məsələsində eyni mövqeyə malik olduqlarına diqqət çəkib: “O cümlədən hər zaman Azərbaycanı təxribata çəkməklə işğalçılıq və təcavüzkarlıq siyasətlərini ört-basdır etməyə cəhd ediblər.  Çünki bir çox beynəlxalq təşkilatların sənədlərində Ermənistan işğalçı dövlət kimi əksini tapır. 
Martın 31-dəki işğal olunmuş ərazilərimizdəki “seçki şousu”- “məzhəkə oyunu” da növbəti təxribat xarakterli hərəkət idi.  Azərbaycan övladları torpaqlarını işğaldan qorumaq uğrunda şəhid olublarsa, Ermənistanda anaların övladları işğalçılıq siyasətinin qurbanı olublar.  Təcavüzkar Ermənistan və qondarma rejimin rəhbərləri bilirlər ki, gec-tez həmin analar övladlarının Azərbaycan torpaqlarının işğalı uğrunda ölmələrinə görə ayağa qalxacaqlar.  Onu da nəzərə almaq lazımdır ki, Ermənistanda yoxsulluq yüksək səviyyədədir, xalqın durumu ağırdır.  Hakimiyyətə gələrkən böyük vədlər verən, ancaq bu vədlərini həyata keçirməkdə aciz qalan, o cümlədən Qarabağ məsələsinin ona aidiyyatı olmadığını, Ermənistanın problemlərinin həlli ilə məşğul olacağını bəyan edən Nikol Paşinyan isə belə təxribatlarla xalqın başını qatmağa çalışır.
Ölkə başçısının rəhbərliyi ilə respublikamızda  koronavirus (COVID-2019) pandemiyasına qarşı uğurla mübarizə aparılmaqla yanaşı, neftin qiymətinin aşağı düşməsinə baxmayaraq, sosial layihələrin həyata keçirilməsi davam edir. Bunlar  bir daha  cənab  Prezidentin və  Birinci vitse-prezident Mehriban xanım  Əliyevanın uğurlu fəaliyyəti, humanitar sahədə təşəbbüsləri də göz önündə  olduğunun sübutudur.  Ölkə başçısının  sərhəd bölgəsinə səfəri, bir sıra obyektlərinin açılışında iştirak etməsi və mesajları təbii ki, KİV-lər və sosil şəbəkələr vasitəsi ilə işğalçı dövlətin rəhbərliyi və erməni xalqı tərəfindən də izlənir.  İşğalçı dövlətin büdcəsi əsasən erməni lobbisi və Azərbaycan torpaqlarının işğalında maraqlı olan Ermənistanın havadarlarının dəstəyi ilə formalaşır.  Lakin bu dəstək hesabına formalaşan büdcə də erməni xalqının sosial problemlərinin həlli üçün yetərli deyil, Ermənistan daxilində sosial narazılıq artır.  Azərbaycanın uğurlu inkişafı fonunda Ermənistanda yaranan bu durum isə Ermənistanın havadarlarını da narahat edir.
Ermənipərəst qüvvələrin fəal olduğu Avropa Şurasının Azərbaycana münasibətdə hər zamani kili standartlardan çıxış etdiyini, 1 milyondan çox qaçqın və məcburi köçkünün hüquqlarını görməzdən gəldiyini, ancaq zaman-zaman ölkəmizdə qanun çərçivəsində atılan bir sıra addımları insan hüquqlarının pozulması kimi qələmə verməyə çalışr.  ABŞ-da qara dərililərlə bağlı son olay qarşısında əsas missiyası insan hüquqlarını qorumaq olan Avropa Şurasının susqunluğu bir daha bu təşkilatın riyakarlığını, insan hüquqları, söz və ifadə azadlığının sadəcə, bir sıra dövlətlərə təzyiq etmək üçün bir vasitə olduğunu təsdiqlədi.  Bu baxımdan Avropa Şurası Parlament Assambleyasının Ermənistanın işğalçılıq siyasətinə qəti münasibət bildirməməsi, işğalçılıq siyasəti nəticəsində 1 milyondan çox insanın hüquqları pozulmasına susması da təsadüfi deyil.  Avropa Şurası Parlament Assambleyasının Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən seçki şousuna münasibət bildirməməsi də qərəzli və riyakar mövqeyini göstərir .

Kəmalə Xəlilova 
Samux Rayon İcra Hakimiyyəti başçısının müavini -
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri

Keçidlər