Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon İcra Hakimiyyəti başçısının 2014-cü ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir.

19 aprel 2014 | 15:00

Azərbaycan Respublikasının  Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən düşünülmüş, məqsədyönlü siyasət nəticəsində müstəqil Azərbaycan Respublikası dünya birliyinin layiqli üzvünə, davamlı inkişaf edən və dayanıqlı iqtisadiyyata malik bir ölkəsinə çevrilmişdir.
Son on il ərzində Azərbaycan Respublikası keçid iqtisadiyyatı dövrünü uğurla başa vuraraq yeni inkişaf mərhələsinə qədəm qoymuş, etibarlı tərəfdaş kimi dünyada yüksək nüfuza malik olan ölkəyə çevrilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə aprelin 13-də Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən rüb ərzində əldə olunan nailiyyətlər və qarşıda duran vəzifələr geniş təhlil edilmişdir.
İclasda qeyd edilmişdir ki, cari ilin birinci rübü ərzində ölkə iqtisadiyyatı 2,5 faiz artmış və bu artım əsasən qeyri-neft sektorunun hesabına əldə edilmişdir. Yəni ölkə iqtisadiyyatının inkişafının əsas göstəricisi olan qeyri-neft sektorunda 10,0 faiz  artıma nail olunmuşdur.
Rüb ərzində respublika üzrə əhalinin pul gəlirləri təxminən 4,5 faiz artmışdır. Milli valyutanın sabit kursunun saxlanılması və əhalinin ümumi gəlirlərinin yüksəlməsi fonunda inflyasiya cəmi 2 faiz təşkil etmişdir.
Ölkəmizin  valyuta ehtiyatları birinci rübdə xeyli artmışdır. Hazırda valyuta ehtiyatları 53 milyard dollar təşkil edir. Adambaşına düşən valyuta ehtiyatlarına görə Azərbaycan dünyada qabaqcıl ölkələr arasındadır. Müsbət  haldır ki, böyük investisiya proqramlarının  icra edilməsinə baxmayaraq, valyuta ehtiyatlarımız ildən-ilə artır.
Sosial məsələlərin həlli ilə bağlı həyata keçirilən geniş  tədbirlər  son 10 ildə respublikamızda  yoxsulluğun səviyyəsinin  50 faizdən 6 faizə düşməsinə səbəb olmuşdur. Ölkəmizin uğurlu inkişafı, yeni iş yerlərinin yaradılması, sosial proqramların həyata keçirilməsi, insanların  yaşayış səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılmasına imkan vermişdir.
Əvvəlki illərdə olduğu kimi 2014-cü il də ruyonumuz üçün uğurla başlamış və cari ilin birinci rubu ərzində geniş tikinti – quruculuq, abadlıq işləri həyata keçirilmişdir.
2014-cü  ilin  birinci  rübünün  yekunlarının əsas iqtisadi göstəricilərinin  təhlili bunu deməyə əsas verir.
Belə ki, birinci rübdə   rayon üzrə  ümumi  məhsul  buraxılışının həcmi 15,9 milyon  manat  olmuşdur  ki,  bu  da ötən ilin müvafiq dövründəkindən  6,9  faiz  çoxdur.
Cari  ilin ilk  rübündə  ötən  ilin  müvafiq  dövri  ilə  müqayisədə  kənd  təsərrüfatı  məhsullarının  15,0  faiz  artaraq  6,6 milyon  manat,
tikinti  2,8 dəfə artaraq  0,7 milyon manat, 
ticarət dövriyyəsi 2,4 faiz artaraq  6,6  milyon manat təşkil etmişdir. 
Hesabat dövründə pərakəndə  əmtəə  dövriyyəsi  5,7  faiz,
əhalinin  gəlirləri  3,6  faiz,
orta aylıq əmək haqqı 4,6 faiz,
əsas kapitala yönəldilən investisiya 3,4 dəfə artmışdır.
Əhalinin məşğulluğu daim diqqət mərkəzində saxlanılır və hesabat dövründə 155 yeni iş yeri yaradılmışdır ki, onlardan da hamsı daimi iş yerləridir.
Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevi təşəbbüsü ilə 2014-cü ilin mart ayının 17-dən ölkədə çox mühüm bir kopaniyaya - əhalinin kütləvi müəyinəsinə başlanmışdır.
Aprel ayının 17-nə olan məlumata əsasən rayon əhalisinin 37387 nəfəri və ya 67,0 faizi sorğu əsasında tibbi müayinədən keçmişdir.
Müayinə olunanların 6088 nəfəri və ya 16,0 faizi ambilator müalicəyə  cəlb olunmuşdur.
Onlardan  1188 nəfərinin daha dərinidə müayinəyə ehtiyacı olmuşdur.
88 nəfər isə daha ətraflı müayinə olunmaq üçün respublikamızın ixtisaslaşmış xəstəxanalarına göndərilmişdir.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına müvafiq olaraq cari ilin fevral ayınnın 5-dən  başlayaraq  müasir Azərbaycan  tarixinin ümumtəhsil məktəblərində daha səmərəli öyrədilməsi məqsədi ilə “Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycanın qurucusu və memarıdır” və “Ümummilli lider Heydər Əliyevin ideyaları müasir Azərbaycanın sosial-iqtisadi inkişafının təminatçısıdır” mövzularında Heydər Əliyev Mərkəzində də rayonun ümumtəhsil məktəblərinin 11-ci sinif şagirdləri üçün tədris kursları təşkil edilmişdir. Bununla bağlı tədris cədvəli tərtib edilmiş, dərslərin cədvəl üzrə aparılması təmin edilmişdir. Fevral-Mart aylarında 11-ci sinifdə oxuyan 484 şagirddən 477 nəfəri tədris kurslarına cəlb edilmişdir. Tədris kursları davam etdirilir.
2014-cü  ilin birinci rübünün yekunları göstərir ki, biz ilin əvvəlində  qarşıya qoyduğumuz  vəzifələrin öhdəsindən layiqincə gələcəyik.
Nazirlər  Kabinetinin  2014-cü  ilin 1-ci rübünün  sosial-iqtisadi  inkişafının  yekunlarına    həsr  olunmuş  iclasında  Azərbaycan  Respublikası  Prezidenti  cənab  İlham Əliyevin  proqram  xarakterli nitqlərində  qarşıya  qoyduğu vəzifələrin və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”da nəzərdə tutulan işlərin tam yerinə yetirilməsinə nail olmaq üçün bütün imkanlarımızı vardır. 
Bildiyiniz kimi şəhərin kanalizasiya və mərkəzləşmiş içməli su sisteminin qurulması üzrə layihələr hazırdır və yaxın vaxtlarda bu sahədə işlərə başlanacaqdır.
Rayonun qəsəbə və kəndlərində  bir neçə uşaq bağçasının açılması, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri, məcburi köçkünlər  üçün  bir neçə   çoxmənzilli  yaşayış binalarının tikilməsi ilə bağlı tərəfimizdən müvafiq işlər aparılır.
Şəhərin küçələrinin yenidən qurulması və kəndlərarası yolların əsaslı təmiri də  əsas hədəflərimizdəndir və burada da artıq işlərə başlanılmışdır.
Qarşımızda duran ən vacib məsələlərdən biri də rayon iqtisadiyyatının daha da genişləndirilməsi və  əhalinin məşğulluğunun tam təmin olunması üçün    yeni  istehsal  və  emal  müəssisələrinin yaradılmasını təmin etməkdən ibarətdir. Bu sahədə də tədbirlər görülür. Çox böyük investisiya qoyuluşuna  malik “Aqroenerji” kompleksinin yaradılmasına başlanmışdır.

Keçidlər