Samux rayonunda Qabırrı çayında sahil bərkitmə işləri aparılmışdır.
05 iyun 2020 | 16:00
Qabırrı çayının Samux rayonunun Burunqovaq kəndi ərazisindən keçən 7 kilometrlik hissəsində daşqınların qarşısının alınması məqsədilə sahil bərkitmə işləri aparılmışdır. Xatırladaq ki, 676 nəfər əhalisi olan Burunqovaq kəndi rayonun Gürcüstan Respublikası ilə sərhəddində yerləşir. Kənddə 200 ailə təsərrüfatına məxsus 564 hektar əkinə yararlı torpaq sahələri vardir ki, bu sahələrin hesabına da kənd sakinlərinin əkinçiliklə məşğuliyyətləri təmin edilmişdir.
Qeyd etmək lazımdır ki, güclü yağışlar yağanda sel sularının kənd ərazisinə ziyanının az olmasına məhz elə bu çayın sahilinin dayanıqlı olması çox böyük təsir edir.