Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonu ərazisində koronavirus pandemiyasına qarşı profilaktik tədbirlər daha da gücləndirilib

04 iyun 2020 | 16:00

Koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Samux Rayon İcra Hakimiyyəti yanında operativ qərargahın nəzarəti altında rayon ərazisində profilaktik tədbirlər davam edir.
   Samux Rayon İcra Hakimiyyəti tərəfindən yaradılan mobil qrupların üzvləri tərəfindən maarifləndirmə işlərini aparılır, müxtəlif ticarət və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli 160 nömrəli Qərarı ilə təsdiq edilmiş koronavirus epidemiyasının profilaktikasına dair metodiki göstərişlərə əməl olunması vəziyyəti monitorinq edilir, tələb olunan yerlərdə tibbi maskadan istifadə olunmasının, sosial məsafəninin saxlanılmasının, şəxsi gigiyena qaydalarına əməl olunmasının zəruriliyi vətəndaşların və obyekt sahiblərinin diqqətinə çatdırılır. Səsgücləndirici qurğular quraşdırılmış avtomobillər vasitəsi ilə sakinlərə qaydalara əməl olunması ilə bağlı çağırışlar edilir.
Samux şəhərinin mərkəzi küçə və prospektlərdə, müəssisə və təşkilatların inzibati binasında, eyni zamanda kənd və qəsəbələrin ərazisində  dezinfeksiyaedici tədbirlər daha da gücləndirilib.

Keçidlər