Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümü ilə əlaqədar YAP Samux Rayon Təşkilatında elmi-praktik konfrans keçirililmşdir.
16 aprel 2014-cü il tarixdə YAP Samux Rayon Təşkilatında Ümummilli lider H.Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev siyasəti Azərbaycan uğurlarının əsasıdır ” mövzusunda gənclərin iştirakı ilə elmi-praktik konfrans keçirildi.
Konfransı giriş sözü ilə YAP Samux Rayon Təşkilatının sədri G.Bayramov açaraq Ulu Öndər H.Əliyevin həyat və fəaliyyətindən, onun zəngin dövlətçilik təcrübəsindən, H.Əliyev ideyalarının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət kəsb etdiyindən ətraflı bəhs etdi. Məruzəçi bildirdi ki, Azərbaycan tarixinin 34 ili H.Əliyevin adı ilə bağlıdır. Bu dövr ərzində H.Əliyev Azərbaycan dövlətini və millətini ən çətin məqamlardan çıxartdı. Ölkənin iqtisadi-siyasi və mədəni tərəqqisinə nail oldu. Yenicə müstəqqillik əldə etmiş ölkədə ictimai-siyasi sabitliyin yaranmasını, əhalinin sosial-rifahının yaxşılaşdırılmasını təmin etmək məqsədilə ölkədə geniş miqyaslı islahatların aparılması layihələrini hazırlayıb həyata keçirərək müstəqil Azərbaycanı dünya birliyində inkişaf etmiş dövlətlər səviyyəsinə yüksəltdi.
Konfransda həmçinin YAP Samux Rayon Təşkilatı Gənclər Birliyinin sədri Rəşad Qarayev, Gənclər Birliyinin idarə heyətinin üzvü Rövşən Məmmədov, YAP fəalları Günay İsmayılova, İradə Məmmədova, Kamran Ələkbərov, Günel Məmmədova, Elnurə İmamquliyeva və Aysən Məmmədova çıxış etdilər.
Çıxışlarda bir daha vurğulandı ki, H.Əliyevin zəngin irsi nəinki bu gün, xüsusi ilə gələcək nəsillər üçün böyük önəm kəsb edir. Natiqlərin sözlərinə görə Azərbaycanın bu günki uğurlarının əsasında Heydər Əliyev siyasəti dayanır. Bununla da konfrans öz işini başa çatdırdı.