Samux rayonunun Salahlı kəndində əkin sahələrinin suvarma suyu ilə təminatı daha da yaxşılaşdırılmışdır.
Samux rayon əhalisinin əsas məşğuliyyətlərində biri də əkinçilikdir. Belə ki, rayon ərazisində əkinə yararlı torpaqların davamlı suvarma suyu ilə təminatı nəticəsində məhsuldarlıq hər il artmaqda davam edir. Samux rayonunun Gürcüstan Respublikası ilə sərhəddə yerləşən Salahlı kəndində faraş meyvə və tərəvəz məhsullarının yetişdirildiyi çox münbit torpalar vardır. Belə ki, 204 təsərrüfatda 960 hektar torpaqların suvarılmasında istifadə olunan su kanalının uzunluğu 26 klometrdir. Bunun da 6 km başlanğıc hissəsi Gürcüstan Respublikasının ərazisinə düşür. Su kanalının 6 km hissəsi sel sularının gətirdiyi kol-koslar və lildən təmizlənmişdir ki, bu da kanalın 4.5 km hisəsi olan gödək qoluna suyun verilməsini artırmışdır. Suvarma suyunun dayanıqlı təmin edilməsi məhsuldarlığı artıracaq deyə kənd əhalisi tərəfindən kanalda görülən təmizlik işləri çox rəğbətlə qarşılanmışdır .