Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması ilə əlaqədar videobağlantı vasitəsi ilə iclas keçirdi.

02 iyun 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev rayonun inzibati ərazi dairələri üzrə nümayəndələri ilə növbəti videomüşavirə keçirmişdir.
Videomüşavirədə rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin Samux rayonunda əhaliyə çatırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, maarifləndirmə işlərinin aparılmasını vurğuladı.
Videomüşavirədə Samux şəhəri, Qarayeri qəsəbə və Alıuşağı  kənd inzibati ərazi dairələri üzrə nümayəndələrin məlumatları dinlənilmiş, müzakirələr aparılmış, müvafiq tapşırıqlar verilmişdir.
İnzibati ərazi dairəsi üzrə nümayəndəliklər ilə keçirilən video müşavirədə İcra başçısı Alı Qocayev əlavə olaraq kənd təsərrüfatı işlərinin gedişi, o cümlədən pambığın suvarılması, yay əkini ilə bağlı işlərin aparılması və barama kümxanalarında vəziyyət barədə məlumatları dinlədi. İcra başçısı bu sahədə həlli vacib məsələlərin icrası ilə bağlı inzibati ərazi dairəsi üzrə nümayəndələrə  tapşırıqlarını verdi.

Keçidlər