Samux Rayon İcra Hakimiyyətinin başçısı tarlalarda becərmə işi aparan pambıqçılarla görüşmüşdür
31 may 2020 | 16:00
Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev rayonda pambıq tarlasında mövcud vəziyyəti ilə maraqlanıb və pambıq sahəsində aparılan aqro-texniki işlərlə yaxından tanış olmuşdur. Samux rayonunda bu il 50 hektar sahədə pambıq əkilmişdir. Pambıq tarlasında səpilən çiyid toxumlarından 100 faiz çıxış alınıb. Hal-hazırda erkən səpilən pambıq sahələrində seyrəltmə, becərmə , kultivasiya işləri aparılır və yemləmə gübrəsi verilir.