Şriftin ölçüsü :

Saytın rəngi :

Samux sakini: Cənab Prezident, fəxr edirəm ki, Sizin kimi Prezidentim var

31 may 2020 | 16:00

“Möhtərəm cənab Prezident! Bu məktubu yazmaqla Sizə nə qədər çox təşəkkür etsəm azdır. Çox sağ olun ki, bu millətin, bu xalqın və bu dövlətin qayğısını çəkməyi özünüzün ən başlıca məqsədiniz hesab edirsiniz. Siz bunu bizə bu son hadisələrdə daha aydın şəkildə göstərdiniz. Vətəndaşların ağır və qayğıya ehtiyac duyduğu bir anda Siz və Mehriban xanım həm maddi, həm mənəvi baxımdan bizim yanımızda oldunuz. Bir çox Azərbaycan vətəndaşı kimi, mən də fəxr edirəm ki, Sizin kimi Prezidentim var. Hər zaman öz vətəndaşının yanında olan, onun arxasında duran və qayğısını çəkən Prezidentimizin olmasını hiss etdirdiyiniz üçün Sizə şəxsən öz və ailəmin adından "Çox sağ olun!" deyirəm. Cənab Prezident, biz hər zaman Sizi, apardığınız daxili və xarici siyasətinizi dəstəkləyirik. Müasir müstəqil Azərbaycanın qurucusu, ulu öndərimiz Heydər Əliyevin və onun uzaqgörən siyasətinin ən layiqli davamçısı olduğunuzu bilirik. Övladlarımızı da bu ruhda böyütməyə çalışırıq. Qoy, bu dövlətin və bu xalqın daxili və xarici düşmənləri bilsinlər və dərk etsinlər ki, mənim Prezidentim tək deyil, bütün xalqı onunladır. Allah Sizi Azərbaycanımıza çox görməsin.”
Samux rayonundan Arzu İmanov

Keçidlər