Samux Rayon İcra Hakimiyyəti başçısının rayonun Qırmızı Samux qəsəbəsində səyyari görüşü keçirilmişdir.
15 aprel 2014-cü il tarixdə Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayevin rayonun Qırmızı Samux qəsəbə sakinləri ilə növbəti səyyari görüşü keçirildi.
Görüşdə İcra hakimiyyəti başçısının müavinləri, İcra aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edirdilər.
Əvvəlcə Qırmızı Samux qəsəbə bələdiyyəsinin sədri Kazımov Sərxan qəsəbə barədə iclas iştirakçılarına geniş məlumat verdi. Qəsəbədə görülmüş işlər, elektrik enerjisi, su təminatı, aparılmış abadlıq işləri, əhalini narahat edən məsələlər və problemlər barədə ətraflı danışdı.
Daha sonra qəsəbə sakinləri tərəfindən çıxışlar oldu.
1. Sadıqov Cabbar Qasım oğlu çıxış edərək pay torpaqlarının suvarılması üçün əlavə su nasosunun quraşdırılması xahiş etdi.
2. Səfərov Şamxal Qəhrəman oğlu Yenikənd – Qırmızı Samux avtomobil yolunun cari təmiri təklifi ilə çıxış etdilər.
3. Həsənova Əsmər İmamverdi qızı Gəncə - Qırmızı Samux maşurut avtobusunun qrafikə uyğun işlənilməsini xahiş etdi.
4. Qafarov Qiyas Əbdürrəhman oğlu şor kanalının təmizlənməsinə ehtiyac olduğunu bildirdi.
Səyyar qəbulu yekunlaşdıran Samux RİH-nin başçısı cənab Alı Qocayev qəsəbə sakinləri tərəfindən irəli sürülmüş rəy və təkliflərə baxılması üçün aidiyyəti orqanların rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verdi.