Dövlət daim öz vətəndaşının yanındadı: Uğurlu sosial dəstək proqramları.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə, əhalinin sağlamlığının mühafizəsi sahəsində uğurlu iş təcrübəsi ilə seçilən Azərbaycan, indiki çətin dövrdə də sosial dövlət olaraq, çoxistiqamətli vətəndaşlarına dəstək proqramları reallaşdırır.
Ölkə başçısının uzaqgörən siyasəti nəticəsində ötən dövrdə bütün istiqamətlərdə yaradılmış güclü iqtisadi potensial, xüsusilə müasir səhiyyə sistemi, peşəkar tibbi personal, eyni zamanda dövlət başçısının qəbul etdiyi operativ qərarlar, "Biz birlikdə güclüyük!” devizi ətrafında qısa müddətdə pandemiyaya qarşı yaranan güclü milli həmrəylik hərəkatı respublikaya bu qlobal böhranı uğurla adlayıb keçməyə imkan verir.
Təsadüfi deyil ki, bu gün Azərbaycanın uğurlu iş təcrübəsi Ümumdünya Səhiyyə Təşkilatı və digər mötəbər beynəlxalq qurumlar tərəfindən yüksək dəyərləndirilir və bir örnək kimi qəbul olunur. Ölkəmizin pandemiya ilə mübarizədə təşəbbüsləri, təsirli tədbirləri başqa dövlətlər tərəfindən də tətbiq edilir.
Xüsusi karantin rejimi dövründə infeksiyaya yoluxma riski yüksək olan yaşı 65-i ötmüş vətəndaşların sağlamlıqlarının qorunması üçün onların evdən bayıra çıxmalarının qadağan olunması və bununla əlaqədar cənab Prezidentin göstərişi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bütün sosial xidmət işçiləri səfərbər edilməklə gücləndirilmiş iş rejimi şəraitində onlara evlərində gündəlik sosial məişət xidmətlərinin (ev təsərrüfatı ilə bağlı işlərdə, əsas tələbat mallarının, dərman vasitələrinin alınmasında, kommunal ödənişlərin edilməsində və s.) göstərilməsi sosial dəstək proqramının tərkib hissəsidir.
Korona virus (covid -19) pandemiyasi dövründə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaninda Dövlət Sosial Müdafiə Fondunun Samux rayon şöbəsinin Sosial xidmət sektoru rayon ərazisində yaşayan 84 nəfər təhna ahıl insanlara xidmət göstərmişdir. Eyni zamanda Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə bağlı şöbə tərəfindən 65 yaşından yuxar 16 nəfər təha rayon sakini müvəqəti xidmətə götürmüşdür. Hazırda da xidmət davam etdirilir. Eyni zamanda vətəndaşların müraciətlərinə onlayn qaydada baxılması xidməti təşkil edilmişdir.
Həssas əhali qruplarının qayğı ilə əhatə olunmasında Heydər Əliyev Fondunun humanizm, mərhəmət və xeyirxahlıq prinsiplərinə əsaslanan çoxşaxəli tədbirləri, sosial layihələri pandemiya dövründə də xüsusilə geniş vüsət alıb. Fondun "Regional İnkişaf” İctimai Birliyi tərəfindən respublikanın bütün rayon və şəhərlərində tənha yaşayan vətəndaşlara, həssas əhali qruplarına ərzaq yardımlarının edilməsi, eyni zamanda tənha yaşlılar və tənha əlilliyi olan şəxslər, aztəminatlı ailələr, digər həssas qruplarla bağlı həm dövlət qurumları, həm də özəl sektorun nümayəndələri tərəfindən milli həmrəyliyə mühüm töhfə olaraq sosial dəstək aksiyaların keçrinlməsi bizim dirlikdə güclü olmağımızın əyani sübutudur.
Rayon sakinləri də bu aksiyalardan kənarda qalmamışdır. Şöbənin xətti ilə Həydər Əliyev Fondu tərəfindən sağlamlıq imkanları məhdud uşaqları olan 485 ailəyə, 84 nəfər daim qeydiyyatda olan ahıllarımıza və 16 nəfər müvəqqəti qeydiyyatda olan tənhalara ərzaq yardımları edilmiş, 216 ailə başçısını itirmış ailələrə “Bravo” şirkəti tərəfindən yardım payı verilmişdir.
Vətəndaşlar sosial dəstək proqramları bu gün də uğurla davam etdirilir.