Samux rayonuna yeni prokuror təyin olundu
Prokurorluq orqanlarının kadr korpusunun peşəkarlıq və mənəvi keyfiyyətlərinə görə fərqlənən işçilərlə komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin imzaladığı əmrə əsasən Samux rayon prokuroru vəzifəsini icra edən Hacıyev Mayıl Mehman oğlu Samux rayonunun prokuroru vəzifəsinə təyin edilmişdir.
21 may 2020-ci il tarixində Samux Rayon Icra Hakimiyyətində keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş Prokuroruluğunun Hüquqi təminat idarəsinin rəisi III dərəcəli dövlət ədliyyə müşaviri Natiq Hüseynovun iştirakı ilə Samux rayon prokuroru Hacıyev Mayıl Mehman oğlu Samux Rayon Icra hakimiyyətinin başçısı Alı Qocayevin və hüquq mühafizə orqanlarının rəhbərlərinin iştirakı ilə kollektivə təqdim olunmuşdur. Natiq Hüseynov yeni prokuroru təqdim edərək ona işlərində uğurlar arzulayaraq yeni vəzifəsinin öhdəsindən gələcəyinə və əzmlə çalışacağına inandığını bildirmişdir. Samux Rayon İcra Hakimiyyətinin başçısı cənab Alı Qocayev prokuror təyin olunması münasibəti ilə Mayıl Hacıyevi təbrik edərək ona görəcəyi işlərdə uğurlar diləyərək prokuror kimi şərəfli və məsuliyyətli bir işdə hər zaman peşəkarlıqla çalışacağına əmin olduğunu və rayon İcra Hakimiyyətinin başçısı kimi hər zaman ona dəstək olacağını qeyd etdi.