Pandemiya dövründə Samux rayonunun sosial-iqtisadi inkişafı təmin edilir
Bütün dünyanı sözün həqiqi mənasında çətin vəziyətə salan koronavirus (COVİD-19) pandemiyası çox təsüff ki, ölkəmizdən də yan keçmədi. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən düşünülmüş, çevik qabaqlayıcı tədbirlər nəticəsində vurula biləcək ziyanın minimuma endirilməsinə nail olunmuşdur. Ölkə iqtisadiyyatının dinamik inkişafı təmin edilmişdir.
2020-ci ilin yanvar-mart aylarının makroiqtisadi göstəriciləri də Samux rayonunun iqtisadiyyatının dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.
2020-ci ilin I rübündə rayon üzrə məhsul buraxılışının həcmi 28089,7 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 531,6 min manat və ya 1,9 faiz çoxdur. Buraxılan məhsulun 14487,8 min manatı və ya 51,6 faizi rayon iqtisadiyyatının aparıcı sahəsi olan kənd təsərrüfatının payına düşür.
Məhsul buraxılışının həcmi sənaye üzrə 6,6 faiz, tikinti üzrə 3,7 faiz, nəqliyyat və anbar təsərrüfatı üzrə 2,5 faiz, informasiya və rabitə üzrə 0,8 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri üzrə isə 34,8 faiz olmuşdur.
2020-ci ilin məhsulu üçün rayon üzrə 11184,2 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 1638,2 hektar və ya 17,2 faiz çoxdur. 2020-ci ilin məhsulu üçün 1848,5 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır.
Yazlıq səpinin 845,0 hektarı və ya 45,7 faizi çoxillik otlar, 116,0 hektarı və ya 6,3 faizi kartof, 390,5 hektarı və ya 21,1 faizi tərəvəz, 422,0 hektarı və ya 22,8 faizi günəbaxan, 19,0 hektarı və ya 1,0 faizi şəkər çuğunduru, 42,0 hektarı və ya 2,3 faizi yazlıq arpa, 5,0 hektarı və ya 0,3 faizi yazlıq buğda, 5,0 hektarı və 0,3 faizi birillik otlar, 4,0 hektarı və ya 0,2 faizi paxlalılar olmuşdur.
2020-ci ilin I rübündə Samux rayonunda 174 istixana təsərrüfatı mövcud olmuşdur və bu təsərrüfatlardan 81-i fəaliyyət göstərmişdir. İstixanaların 5-i kənd təsərrüfatı müəssisələrində, 76-sı isə əhali təsərrüfatlarında olmuşdur. 2020-ci ilin I rübündə rayonda 64 yeni istixana təsərrüfatı yaradılmışdır ki, bunun da 4-ü artıq fəaliyyət göstərir. İstixanaların sahəsi 73,2 hektar olmuşdur ki, bunun da 56,5 hektarında əkin aparılmışdır. İstixanalarda bu ilin I rübündə 56,4 hektar tərəvəz, 0,1 hektar isə çiyələk yetişdirilmişdir. Təsərrüfatlardan 1422,8 ton tərəvəz və 2,8 ton çiyələk götürülmüşdür. İstehsal olunan tərəvəzin 14,3 tonu xiyar, 1408,5 tonu pomidor olmuşdur. Bu ilin I rübündə istixanalarda yetişdirilən xiyarın 1 kq-nın istehsalçı qiyməti 1,0 manat, pomidorun 1 kq-nın qiyməti 1,12 manat, çiyələyin 1 kq-nın qiyməti isə 9,8 manat olmuşdur. İstehsal olunan məhsulun xeyli hissəsi xarici ölkələrə ixrac olunmuşdur.
Rayonda istixana təsərrüfatlarının inkişafı işsizlik probleminin aradan qaldırılması və əhalinin gəlirlərinin artırılmasında mühüm rola malikdir.
2020-ci ilin I rübünün sonuna 23185 baş iri buynuzlu mal-qara, 137459 baş qoyun və keçilər mövcud olmuşdur.
Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilə nisbətən 0,2 faiz artaraq 1505 ton, süd istehsalı 0,1 faiz artaraq 8162 ton, yumurta istehsalı 1,9 faiz artaraq 2731 min ədəd olmuşdur.
Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 14487,8 min manat olmuşdur ki, bundan bitkiçilik məhsullarının istehsal həcmi 1747,3 min manat, heyvandarlıq məhsullarının istehsal həcmi isə 12740,5 min manat olmuşdur. Kənd təsərrüfatı məhsullarının istehsal həcmi əvvəlki ilin müvafiq dövrünə nisbətən 12,1 faiz çoxdur.
Rayonunda 2020-ci ilin I rübündə 527 baş iri buynuzlu mal-qara elit törədicilərin toxumları ilə süni mayalandırılmışdır. Heyvanların süni mayalandırılmasından 449 baş bala alınmışdır. Ümumiyyətlə, 2014-cü ildən bəri rayonda süni mayalanmadan 8101 baş cins buzov doğulmuşdur. Aqrolizinq yolu ilə alınan cins mal-qaranın və süni mayalanmadan alınan buzovların hesabına rayonda cins mal-qaranın sayı yerli mal-qaranın sayını üstələmişdir.
Samux rayonunda arıçılıq ənənəvi peşə sahələrindən biri olmuşdur. Qədim zamanlardan əhali bu sahəyə böyük maraq göstərmişdir. Hal-hazırda rayonda 2520 arı ailəsi mövcuddur. Bunun 2425 -i və ya 96,2 faizi əhali təsərrüfatlarında saxlanılır. Son 4 ildə arı ailələrinin sayı 2096 ədəd artmışdır.
Bu artımın səbəbi “Arıçılığın inkişafına dəstək layihəsi” əsasında əhali təsərrüfatlarına arı ailələrinin və 2018-ci ildən arıçılığın inkişaf etdirilməsi məqsədilə subsidiyaların verilməsi ilə bağlıdır. Münasib iqlim şəraitinə və zəngin faunasına görə Samux rayonunda arıçılıq ildən ilə inkişaf edir. Rayonda arıçılıq məhsullarından həm ərzaq, həm də müalicə məqsədilə geniş istifadə edilir. Arıçılığın maya dəyəri az, gəliri isə çoxdur. Ona görə də arıçılıqla məşğul olan əhali təsərrüfatlarının bu sahəyə marağı artmaqdadır. Eyni zamanda arıçılıq məhsullarına olan təlabatın və son illərdə bu sahəyə olan dövlət qayğısının artması gələcəkdə arıçılığın daha da inkişaf etməsinə səbəb olacaqdır.
Hesabat dövründə fiziki şəxslər də daxil olmaqla sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 1867,0 min manat olmuşdur. Fiziki şəxslər də daxil olmaqla emal sənayesi ilə məşğul olan sənaye müəssisələri 218,4 min manatlıq mal və məhsul istehsal etmişlər. Rayon üzrə istehsal olunmuş 1867,0 min manat mal və xidmətlərin 1648,6 min manatı dövlət, 218,4 min manatı qeyri-dövlət sektorunun, ondan 87,6 min manatı isə fiziki şəxslərin payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun qalığı olmamışdır.
Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 327,8 min manatlıq təmir- tikinti işləri aparılmışdır. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,3 faiz çoxdur. Təmir-tikinti işləri yalnız dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin hamısı cari təmirin payına düşür.
Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 1162,1 min manat olmuşdur. Sosial sahəyə 98,7 min manat, tikinti işlərinə isə 1063,4 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın hamısı qeyri-istehsal təyinatlıdır. 2520,6 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 536,0 min manat olan 1598,0 kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 626,1 min manatı və ya 53,9 faizi dövlət büdcəsindən ayrılmış, 536,0 min manatı və ya 46,1 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olmuşdur.
“Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Samux rayonunda 2020-ci ilin yanvar-mart ayları ərzində bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:
Gəncə-Samux, Samux-Hacıalılı, Samux-Sarıqaya avtomobil yollarında asfalt beton qarışığı ilə 6770 m2 sahədə təmir işləri görülmüşdür. Bu məqsədlə 812,4 ton miqdarında 40,62 min manat dəyərində iş yerinə yetirilmişdir.
Rayonun ən ucqar beş kəndini rayon mərkəzi ilə birləşdirən Samux-Yenikənd-Poylu avtomobil yolunun Yenikənd-Poylu istiqamətində asfalt salınması üçün yolda hamarlanma işləri həyata keçirilmiş, su ötürücü borular qurulmuş, 4 ədəd körpünün tikintisi planlaşdırlmışdır. Hal-hazırda işlər davam etdirilir.
Rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2020-ci ilin birinci rübü ərzində Əhmədbəyli kəndində əhaliyə xidmət edən 1 ədəd transformator yeni transformatorla əvəz edilmiş, 6/10 kv-luq xətlərdə 32 ədəd dayaqlar düzəldilmiş, 37 ədəd yararsız izalyatorlar yenisi ilə əvəz edilmişdir. 1200 metr yararsız naqillər yeni AS-50 markalı naqilərlə əvəz edilmişdir. İstixana kəndində elektrik şəbəkəsinin yenidən qurulması istiqamətində 4160 metr SİP kabel xətlərinin çəkilişi işləri həyata keçirilmiş, 119 ədəd yeni beton dayaqlar basdırılmışdır. Sərkar yaşayış məntqələrində 2860 metr uzunluğunda elektrik xətləri SİP kabellə əvəz olunub. Hesabat dövrü ərzində əhali qrupu üzrə istismar edilən 27 ədəd transformator əsaslı təmir olunmuşdur.
Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün müvafiq sərəncama uyğun olaraq 3,24 hektar təmizləyici qurğuya və 2,22 hektar su anbarının inşa edilməsinə torpaq sahəsi ayrılmış, təmizləyici qurğu və su anbarının tikintisi işləri həyata keçirilmişdir. Hesabat dövrü ərzində əhaliyə xidmət edən 17 ədəd içməli su kimi istifadə olunan subartezian quyusundan 13 ədədi saz vəziyyətə gətirilərək abonentlərin istifadəsinə verilmişdir.Əhalini fasiləsiz içməli su ilə təmin etmək məqsədilə su sayğaclarının tətbiq edilməsinə başlanılmışdır. Samux şəhərində yerləşən 36 mənzilli çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin etmək üçün 200 m3 su anbarından nasoslar vasitəsilə mənzillərə məişət suyu verilir. Hesabat dövründə dövlət layihəsinə əsasən Samux şəhərində yeni su sisteminin qurulmasına başlanılmış, 55391 metr yeni su xətti çəkilmişdir. Hal-hazırda işlər davam etdirilir.
Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur. Bu sərəncamlar əsasında rayonumuzda 2020-ci il üçün 15 subartezian quyusunun qazılıb istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Bununla bərabər 2020-ci ilin I rübü ərzində 94 ədəd nasos, 9 ədəd elektrik avadanlığı təmir edilmişdir.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 9 fərdi evin tikintisində son tamamlama işləri həyata keçirilir. Həmin evlər yaxın günlərdə istifadəyə veriləcəkdir.
Hesabat dövrü ərzində Rayon Mərkəzi Xəstəxanası üçün yeni xəstəxana kompleksinin tikintisinə torpaq sahəsi ayrılaraq sənədləşmə işləri həyata keçirilmiş, 90 çarpayılıq xəstəxananın tikinti işlərinə başlanılmışdır.
2020-ci ilin əvvəlindən Heydər Əliyev Fondunun təşəbbüsü ilə 800 şagird yerlik Sərkar kənd tam orta məktəbinin, 100 yerlik Sərkar kənd uşaq bağçasının, Ziyadlı kəndində 60 yerlik uşaq bağçasının tikilməsi və 600 yerlik tam orta məktəbin əsaslı təmiri üçün layihələndirmə işləri həyata keçirilmiş və eyni zamanda 800 şagird yerlik Sərkar kənd tam orta məktəbinin, 100 yerlik Sərkar kənd uşaq bağçasının və 60 yerlik Ziyadlı kənd uşaq bağçasının tikinti işlərinə başlanılmışdır. 600 yerlik Ziyadlı kənd tam orta məktəbində əsaslı təmir və bərpa işləri həyata keçirilir. Ziyadlı kənd tam orta məktəbində mini futbol meydançasının tikintisi nəzərdə tutulmuşdur.
2020-ci ilin yanvar-mart aylarında sərnişin daşınması 4,1 faiz azalaraq, 2212 min nəfər olmuşdur. Mal və xidmətlərin həcmi 2,1 faiz azalaraq, 700,2 min manata çatmışdır. Bu azalmanın səbəbi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq mart ayında marşrut xətti üzrə işləyən içtimai nəqliyyatın işinin dayandırılması ilə əlaqədar olmuşdur.
Hesabat dövründə sərnişin dövriyyəsi 15616,7 min sərnişin km olmuşdur. Hal-hazırda rayonda 1 rabitə müəssisəsi - Samux Telekommunikasiya qovşağı fəaliyyət göstərir. Hesabat dövründə telefon çəkilişi 58, telefon aparatlarının sayı isə 8651 ədəd olmuşdur.
Rayonda rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 216,2 min manat və ya əvvəlki ilə nisbətən 7,1 faiz çox olmuşdur.
2020-ci ilin yanvar-mart aylarında rayon üzrə pərakəndə ticarət dövriyyəsi 28851,6 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 0,3 faiz çoxdur. Adambaşına düşən pərakəndə ticarət dövriyyəsi 489,8 manat olmuşdur ki, bu da respublika üzrə hər bir adama düşən aylıq pərakəndə ticarət dövriyyəsinin 49,3 faizini təşkil edir.
Pərakəndə ticarət dövriyyəsinin 18228,8 min manatı və ya 63,2 faizi ərzaq mallarının, 10622,8 min manatı və ya 36,8 faizi isə qeyri-ərzaq mallarının payına düşür.
Topdansatış əmtəə dövriyyəsi 114,3 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,3 min manat və ya 8,9 faiz çox olmuşdur.
2020-ci ilin yanvar-mart aylarında əhaliyə 6942,5 min manatlıq ödənişli xidmət göstərilmişdir ki. bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 5,6 faiz azdır. Ödənişli xidmətin 588,8 min manatını və ya 8,5 faizini məişət xidməti təşkil edir.
Fiziki şəxslər tərəfindən 5277,1 min manatlıq və ya ümumi həcmin 76,0 faizi qədər ödənişli xidmət göstərilmişdir.
Hesabat dövründə əhaliyə cəmi 790,6 min manatlıq iaşə xidməti göstərilmişdir. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 110,0 min manat və ya müqayisəli qiymətlərlə 13,2 faiz azdır. İaşə xidmətinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. Rayonda iaşə xidməti ilə 55 fiziki şəxs məşğul olmuşdur.
Əhaliyə göstərilən ödənişli xidmətin və iaşə xidmətinin əvvəlki ilin müvafiq dövrünə nisbətən azalması bu tipli müəssisələrin mart ayında karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq fəaliyyət göstərməməsi ilə əlaq\ədardır.
Əhalinin sosial rifah halına təsir edən amillərdən biri onun muzdla çalışan hissəsinə hesablanmış əməkhaqqı fondunun miqdarıdır.
2020-ci ilin yanvar-mart aylarında rayon iqtisadiyyatında muzdla çalışan işçilərin faktiki orta sayı 5141 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun məbləği 6977762,4 manat olmuşdur. Hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği 452,4 manat, əvvəlki ildə isə 314,7 manat olmuşdur. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,8 faiz çoxdur. 2020-ci ilin yanvar –mart ayları ərzində muzdla çalışan qadınların faktiki orta sayı 3110 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun məbləği 39482227,9 manat, hər bir qadına düşən orta aylıq nominal əməkhaqqının məbləği 423,2 manat olmuşdur. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 53,1 faiz çoxdur.
2020-ci ilin yanvar-mart ayları ərzində muzdlu işçilərin sayının 41,3 faizi təhsilin, 8,1 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi ilə məşğul olan idarə, müəssisə, təşkilatların, 2,4 faizi, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı ilə məşğul olan idarə, müəssisə təşkilatların, 8,6 faizi dövlət idarə etmə, müdafiə, sosial təminat orqanlarının,1,5 faizi nəqliyyat və anbar təsərrüfatının, 1,2 faizi informasiya və rabitənin, 11,9 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 2,2 faizi tikintinin, 2,6 faizi fəaliyyəti su təchizatı, tullantıların təmizlənməsi və emalı olan idarə,
müəssisə, təşkilatların, 8,7 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq təsərrüfatının, 8,5 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyəti göstərən təşkilatların, 3,0 faizi isə iqtisadiyyatın digər fəaliyyət növləri ilə məşğul olan sahələrinin işçiləri olmuşdur.
Rayon üzrə məşğul əhalinin sayı 01.04.2020-ci il tarixinə 31200 nəfər olmuşdur. Bu əhalinin 16900 nəfəri kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıqda, 1500 nəfəri emal sənayesində, 100 nəfəri elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 100 nəfər su təchizatı, tullantıların təmizlənməsi və emalında, 800 nəfər tikintidə, 3400 nəfəri ticarət, nəqliyyat vasitələrinin təmiri fəaliyyətində, 700 nəfəri nəqliyyat və anbar təsərrüfatında, 500 nəfəri turistlərin yerləşdirilməsi və ictimai iaşədə,200 nəfəri informasiya və rabitədə, 100 nəfəri maliyyə və sığorta fəaliyyətində, 2200 nəfəri dövlət idarə etməsi və müdafiə, sosial təminatda, 2300 nəfəri təhsildə ,700 nəfəri əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi fəaliyyətində, 600 nəfəri istirahət əyləncə və incəsənət sahəsində fəaliyyətdə, 200 nəfəri peşə, elmi fəaliyyətdə, 800 nəfəri isə digər fəaliyyət növləri ilə məşğul olan əhali olmuşdur.
2020-ci ilin yanvar-mart aylarında məşğulluq xidməti orqanlarında iş axtaran kimi qeydə alınan vətəndaşların sayı 401 nəfər olmuşdur. Bu vətəndaşlardan 104 nəfəri 29 yaşadək gənclər olmuşdur. Rayon Əmək və Məşğulluq Mərkəzində iş axtaran kimi qeydə alınan vətəndaşlardan 86 nəfəri rayonun müxtəlif idarə, müəsissə və təşkilatlarında işə düzəlmişdir. İşə düzələn vətəndaşlardan 24 nəfəri 29 yaşadək gənclər olmuşdur. Bu gənclərdən 16 nəfəri 25 yaşadək, 35 nəfəri isə 25-29 yaşadək olmuşdur. 1 aprel 2020-ci il tarixinə məşğulluq xidməti orqanlarında işsizlik statusu olan vətəndaşların sayı 165 nəfər olmuşdur.
2020-ci ilin I rübündə rayonda 123 yeni iş yerləri açılmışdır ki, bunun da hamısı daimi iş lerləri olmuşdur. Daimi iş yerlərinin 13-ü mövcud müəssisə və təşkilatlarda, 110-u isə fiziki şəxslərdə yaradılmışdır.
Hal-hazırda rayonda yeni istixanaların və aqroparkların yaradılması yeni iş yerlərinin açılmasında və bununla da işsizlik probleminin aradan qaldırılmasında mühüm əhəmiyyət kəsb edir.
Əhalinin nominal pul gəlirləri 44614,4 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6 faiz çoxdur. Adambaşına düşən nominal pul gəlirləri 762,2 manat olmuşdur.
Rayon üzrə 01.04.2020-ci il tarixinə əhalinin sayı 58,9 min nəfər olmuşdur. Əhalinin sayının artmasının əsas amili doğumla əlaqələndirilir. 2020-ci ilin yanvar-mart aylarında rayonda 219 nəfər körpə dünyaya gəlmiş və doğulan körpələrdən ölü doğulan olmamışdır. Hesabat rübündə 103 nəfər ölüm halı olmuşdur. Ölənlərin ümumi sayından 1 yaşa qədər uşaq ölümü olmamışdır. 2019-ci ilin yanvar-mart aylarında isə rayonda 196 nəfər körpə dünyaya gəlmiş və 112 nəfər ölüm halı olmuşdur. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisə etdikdə 23 nəfər və ya 11,7 faiz çox doğum, 9 nəfər və ya 8,0 faiz az ölüm olmuşdur. Hazırda orta hesabla bir qadına bütün ömrü boyu 2,2 doğulmuş uşaq düşür.
Doğumun səviyyəsinə nigaha daxil olanların sayı da əhəmiyyətli dərəcədə təsir göstərir.
2020-ci ilin yanvar-mart aylarında Samux rayonunda 100 nigah və 25 boşanma qeydə alınmışdır. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9 nigah və 1 boşanma çox olmuşdur.
Rayon əhalisinin sayının artmasının əsas amillərindən biri də əhalinin miqrasiyasıdır. 2020-ci ilin yanvar-mart aylarında rayon üzrə miqrasiya saldosu 26 nəfər olmuşdur.
Dünyanın bir çox ölkələrində olduğu kimi ölümün əsas səbəbləri qan dövranı sisteminin xəstəlikləri, yeni törəmələr və tənəffüs orqanlarının xəstəlikləridir. 2019-cu ilin yanvar-mart aylarında hamiləlik, doğuş və doğuşdan sonrakı dövrdə baş verən araşdırmalar nəticəsində rayonda ana ölümü olmamışdır.