Şriftin ölçüsü :

Saytın rəngi :

 2024-cü ildə Samux rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

28 fevral 2025 | 16:36

 

                                   2024-cü ildə Samux rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

 

 

                Rayon iqtisadiyyatının əsas sahələrində 211681,5 min manatlıq məhsul və xidmətlər istehsal edilmişdir. Ümumi məhsul və xidmətlər buraxılışının əsas hissəsi (68,9 faiz) kənd təsərrüfatında istehsal olunmuşdur.                                                                                                                                  

Kənd təsərrüfatı məhsullarının istehsalı 145826,5 min manat olmuşdur ki, bunun da 73652,1 min manatını bitkiçilik, 72174,4 min manatını isə heyvandarlıq məhsulları təşkil etmişdir.

Təsərrüfatlarda 40453,4 ton taxıl, o cümlədən 20846,0 ton buğda, 19607,4 ton arpa, 1936,5 ton kartof, 14839,9  ton tərəvəz, 2153,6 ton bostan, 6803,2 ton günəbaxan, 15331,3 ton qarğıdalı, 124,2 ton paxlalı bitkilər və 19840,9 ton meyvə və giləmeyvə, 10437,6 ton üzüm, 69261,3 yem bitkiləri  istehsal olunmuşdur.

                Təsərrüfatlarda istehsal olunan  tərəvəzin 2939,5 tonu  istixanalarda yetişdirilmişdir.

1 yanvar 2025-ci il tarixinə 23326 baş iribuynuzlu mal-qara, 119227 baş qoyun və keçilər mövcud olmuşdur. 

Sənayedə 2024-cü ildə məhsul istehsalının və xidmətlərin həcmi 19439,3 min manat olmuşdur.

Hesabat dövründə emal sənayesi ilə məşğul olan müəssisələr tərəfindən 8659,8 min manatlıq mal və məhsul istehsal edilmişdir. İstehsal olunmuş 19439,3 min manat mal və xidmətlərin 10779,5 min manatı dövlət, 8659,8 min manatı isə qeyri-dövlət sektorunun, ondan 3813,9 min manatı fərdi sahibkarların, 3881,0 min manatı isə ev təsərrüfatlarının payına düşür.

        Sənayenin əsasını emal sənayesi, elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, su təchizatı, tullantıların təmizlənməsi və emalı sahələri təşkil edir.

       Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun  qalığı 16,2 min manat  olmuşdur.

Tikinti təşkilatları tərəfindən hesabat dövrü ərzində görülən təmir-tikinti işlərinin həcmi 26,6 faiz artaraq 4062,6 min manat olmuşdur. Təmir-tikinti işlərinin 2288,1 min manatı və ya 56,3 faizi dövlət mülkiyyətli müəssisələr, 1774,5 min manatı və ya 43,7 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin 3204,6 min manatı cari təmirin, 858,0 min manatı isə sair işlərin  payına düşür. 

        Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 7,2 dəfə artaraq 28388,9 min manat olmuşdur. 

         Əsas kapitala qoyulan investisiyanın 27171,8 min manatı istehsal təyinatlı, 1217,1 min manatı isə qeyri-istehsal təyinatlıdır. Tikinti-quraşdırma işlərinin həcmi 28265,7 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 9,6 dəfə çox olmuşdur. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 1192,5 min manat və ümumi sahəsi 2268,0 kvadrat metr olan 21 yaşayış evi tikilib istifadəyə verilmişdir.

          Nəqliyyat sektorunda 2024-cü ildə hüquqi və fiziki şəxslər daxil olmaqla məhsul buraxılışının həcmi 3471,1 min manat olmuş və əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 2,9 faiz, müqayisəli qiymətlərlə isə 4,2 faiz çox olmuşdur.                           

                Fiziki şəxslər də daxil olmaqla sərnişin daşınması 8320,0 min sərnişin, əvvəlki ildə isə 7752,0 min sərnişin olmuşdur. Əvvəlki ilə nisbətən sərnişin daşınması 7,3 faiz çox olmuşdur.

                Rabitə sahəsi üzrə 2024-cü ildə məhsul buraxılışının həcmi 410,8 min manat və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 59,9 faiz az olmuşdur. Əhaliyə 399,8 min manat (ƏDV daxil olmaqla) rabitə  xidmətləri göstərilmişdir.

          Rayon üzrə sabit şəbəkə telefonlarının sayı 2870 ədəd, əvvəlki ildə 8127  ədəd olmuş və hesabat dövrü ərzində telefon çəkilişi olmamışdır

        Pərakəndə ticarət dövriyyəsi müqayisəli qiymətlərlə 120222,6 min manat olmuşdur.  Pərakəndə ticarət dövriyyəsinin 65556,5 min manatı və ya 54,5 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 54666,1 min manatı və ya 45,5 faizi isə qeyri-ərzaq mallarının payına düşür.

        Topdansatış ticarət dövriyyəsi 8503,7 min manat və əvvəlki ilin müvafiq dövrünə nisbətən 4531,7 min manat və ya 2,1 dəfə çox olmuşdur.

       Əhaliyə göstərilən ödənişli xidmətlər 38997,9 min manat olmuşdur ki, bu da əvvəlki ilə  nisbətən müqayisəli qiymətlərlə 8,4 faiz çox olmuşdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin 3557,9 min manatını və ya 9,1 faizini məişət xidmətləri təşkil etmişdir.

         Hesabat dövründə əhaliyə 4904,5 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Bu əvvəlki ilə nisbətən 678,3 min manat və ya müqayisəli qiymətlərlə 13,0 faiz çox olmuşdur. İaşə xidmətlərinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. İaşə xidmətləri  ilə 100 fiziki şəxs məşğul olmuşdur.

Orta aylıq nominal əməkhaqqının məbləği  639,7 manat olmuşdur ki, bu da  əvvəlki ilə nisbətən 4,6 faiz çox olmuşdur. 2024-cü ilin dekabr ayının sonuna siyahı tərkibində olan işçilərin sayı 5593 nəfər olmuşdır.

 2024-cü il ərzində 97 yeni iş yeri açılmışdır. Yeni açılmış iş yerlərinin 60 iş yeri yeni yaradılmış hüquqi şəxslərdə, 37 iş yeri isə mövcud hüquqi şəxslərdə açılmışdır. Bu iş yerlərinin  hamısı daimi iş yerləridir.

       Qiymət indeksləri. Rayon üzrə istehlak məhsullarının və əhaliyə göstərilən ödənişli xidmətlərin istehlak qiymətləri indeksi 2024-cü ilin dekabr ayında noyabr ayı ilə müqayisədə 101,1 faiz, 2024-cü ildə əvvəlki illə müqayisədə 103,5 faiz təşkil etmışdır.

Keçidlər