Samux rayonunun əhalisi dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunur
Samux rayon əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin etmək üçün 2020-ci ilin birinci rübü ərzində Əhmədbəyli kəndində əhaliyə xidmət edən 1 ədəd transformator yeni transformatorla əvəz edilmiş, 6/10 kv-luq xətlərdə 32 ədəd dayaqlar düzəldilmiş, 37 ədəd yararsız izalyatorlar yenisi ilə əvəz edilmişdir. 1200 metr yararsız naqillər yeni AS-50 markalı naqilərlə əvəz edilmişdir. İstixana kəndində elektrik şəbəkəsinin yenidən qurulması istiqamətində 4160 metr SİP kabel xətlərinin çəkilişi işləri həyata keçirilmiş, 119 ədəd yeni beton dayaqlar basdırılmışdır. Sərkar yaşayış məntqələrində 2860 metr uzunluğunda elektrik xətləri SİP kabellə əvəz olunub. Hesabat dövrü ərzində əhali qrupu üzrə istismar edilən 27 ədəd transformator əsaslı təmir olunmuşdur.