Şriftin ölçüsü :

Saytın rəngi :

2022-ci ildə rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

08 fevral 2023 | 17:13

2022-ci ildə rayonun iqtisadi və sosial inkişafının makroiqtisadi göstəriciləri

 

             2022-ci ilin  makroiqtisadi göstəriciləri rayon iqtisadiyyatının  dinamik inkişaf etdiyini əks etdirir. Hesabat dövründə məhsul istehsalı sahələrində istehsalın həcmi artmış, xidmət sahələrinin fəaliyyəti genişlənmiş, əhalinin həyat səviyyəsini əks etdirən pul gəlirləri və əməkhaqqı xeyli yüksəlmişdir.

           Kənd təsərrüfatı məhsullarının istehsal həcmi 121765,0 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən, faktiki qiymətlərlə 23,6 faiz,  müqayisəli qiymətlərlə 5,8 faiz çoxdur.

             2022-ci ilin məhsulu üçün  11420,7 hektar payızlıq taxıl səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən 613,8 hektar və ya 5,7 faiz çoxdur. 2022-ci ilin məhsulu üçün 4786,5 hektar sahədə yazlıq bitkilərin səpini aparılmışdır. Bu əvvəlki ilin müvafiq dövrünə nisbətən  217,4  hektar və ya 4,3 faiz azdır.

          Yazlıq  səpinin   517,5  hektarı və ya 10,8  faizi çoxillik otlar, 424,0 hektarı və ya 8,8 faizi yazlıq arpa, 671 hektarı və ya  14,0  faizi tərəvəz, 2202,5 hektarı və ya 46,0  faizi günəbaxan, 353,5 hektarı və ya 7,4 faizi dən üçün qarğıdalı, 237,5 hektarı və ya 5,0 faizi soya, 23,5 hektarı və ya 0,5 faizi paxlalılar, 156,0 hektarı və ya 3,3 faizi kartof, 186,0 hektarı və ya  3,9 faizi bostan, 15,0 hektarı və ya 0,3 faizi yazlıq  buğda  olmuşdur. 

            Hesabat dövründə 10859,9 hektar taxıl sahəsində biçin aparılmışdır. Həmin sahələrdən 43462,0 ton məhsul yığılmışdır. Məhsuldarlıq hər hektardan orta hesabla 40,0 sentner  olmuşdur.

           Təsərrüfatlarda  16033,4 ton tərəvəz,  19636,8 ton meyvə və giləmeyvə, 10560,7 ton üzüm istehsal olunmuşdur.     

           Cari ilin müvafiq dövründə bundan başqa 10540,4 ton qarğıdalı, 5701,0 ton günəbaxan, 3177,1 ton bostan, 547,5 ton paxlalı bitkilər, 1930,6 ton kartof, 69009,7 ton ot, 22045,4 ton küləş istehsal olunmuşdur.

           2022-ci ilin sonuna 23752 baş iribuynuzlu mal-qara, 129135 baş qoyun və keçi mövcud olmuşdur.

           Əvvəlki illə müqayisədə iribuynuzlu mal-qaranın sayı 313 baş və ya 1,3 faiz artmış, qoyun və keçilərin  sayı  isə 4553 baş və ya 3,4 faiz azalmışdır. Hesabat dövründə diri çəkidə ət istehsalı əvvəlki ilə  nisbətən 0,4 faiz artaraq  5815,0 ton, süd istehsalı 0,3 faiz artaraq 32657,0 ton, yumurta istehsalı 0,4 faiz artaraq 7632,0 min ədəd, yun istehsalı isə 3,8 faiz azalaraq, 250,3  ton  olmuşdur.

2022-ci ildə sənayedə məhsul istehsalının və xidmətlərin həcmi 16331,1 min manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 16,1 faiz azdır.

Hesabat dövründə  emal sənayesi ilə məşğul olan müəssisələr tərəfindən 4976,6 min manatlıq mal və məhsul istehsal edilmişdir ki, bu da əvvəlki ilə  nisbətən 75,2 faiz azdır. Rayon üzrə istehsal olunmuş 16331,1 min manat mal və xidmətlərin 11354,5 min manatı dövlət, 4976,6  min manatı isə qeyri-dövlət sektorunun, ondan 626,4 min manatı fərdi sahibkarların, 4300,5 min manatı isə ev təsərrüfatlarının  payına düşür. Hesabat dövrünün sonuna anbarlarda hazır məhsulun  qalığı 5,6 min manat  olmuşdur.

Hesabat dövrü ərzində tikinti təşkilatları tərəfindən 3234,7 min manatlıq                   təmir-tikinti işləri aparılmışdır ki,  bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 31,6 faiz, müqayisəli qiymətlərlə isə 33,6 faiz azdır. Təmir-tikinti işlərinin 2114,0 min manatı və ya 65,4 faizi dövlət mülkiyyətli müəssisələr, 1120,7 min manatı və ya 34,6 faizi isə qeyri-dövlət mülkiyyətli müəssisələr tərəfindən icra edilmişdir. Təmir-tikinti işlərinin 101,8 min manatı əsaslı təmirin, 3132,9  min manatı isə  cari təmirin  payına düşür.  

Hesabat dövründə əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 20622,2 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə  nisbətən 8,4 faiz çoxdur.

Sənaye sahəsinə 4917,8 min manat,  kənd təsərrüfatına 301,7 min manat, rabitə və informasiya sahəsinə 7,3 min manat, sosial sahəyə 14099,6 min manat, tikinti işlərinə isə 1295,8 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın 5226,8 min manatı istehsal təyinatlı, 15395,4 min manatı isə  qeyri-istehsal təyinatlıdır.  10732,8 min manat əsas fondlar istifadəyə verilmişdir. Tikinti-quraşdırma işlərinin həcmi 15217,4 min manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,7 faiz çox olmuşdur. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 1004,5 min manat və ümumi sahəsi 2350,0  kvadrat metr olan 23  yaşayış evi tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin həcmində büdcə vəsaitləri 19553,2 min manat və ya 94,8 faiz, qeyri-büdcə vəsaitləri 1069,0 min manat və ya 5,2 faiz təşkil etmişdir. Qeyri-büdcə vəsaitlərinin 1004,5 min manatı əhalinin şəxsi vəsaitləri hesabına  olmuşdur.  

     Tikinti fəaliyyəti ilə məşğul olan müəssisələr hesabat dövründə 3234,7 min manatlıq       təmir-tikinti (yolların təmiri və səkilərdəki müxtəlif dekarativ bəzək işləri, habelə müxtəlif ixtisaslaşdırılmış tikinti işləri və sair) və tikinti-quraşdırma işləri görmüşdür.

       Bu işlərin dəyərinin 101,8 min manatı əsaslı təmirin, 3132,9 min manatı isə  cari təmirin payına düşür. Təmir-tikinti işlərinin 2114,0 min manatı dövlət, 1120,7 min manatı isə qeyri-dövlət müəssisələri  tərəfindən icra edilmişdir. 

          “Azərbaycan Respublikası regionlarının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”-nın icrası ilə əlaqədar olaraq  2022-ci ildə  bir sıra abadlıq-quruculuq işləri həyata keçirilmişdir:

        2022-ci ildə rayon daxilində olan bütün avtomobil yollarının çiyin hissələri avtoqreyderlə plana salınmış, torpaq yataqları və su ötürücü boruların giriş-çıxışları kol-koslardan təmizlənmişdir.

        Gəncə-Samux,, Samux-İnstitut-Sarıqaya-Qaraağaclı, Samux-Yenikənd-Poylu  avtomobil yollarının çiyin hissələrində, o çümlədən Burunqovaq avtomobil yolunda qum-çınqıl qarışığı materialı ilə təmir işləri həyata keçirilərkən 38,6 min m³ həcmində material işlədilmişdir. Eyni zamanda Gəncə-Samux, Samux-İnstitut-Sarıqaya, Yenikənd-Qaraağaclı, Samux-Yenikənd-Poylu, Samux-Hacıalılı, Samux-Lək və digər avtomobil yollarında ümumilikdə 19826 m² sahədə 2416 ton miqdarında asfalt-beton işləri görülmüşdür.

        Hesabat dövründə Samux-Lək, Zazalı “İmamzadə” kompleksi-Gəncə avtomobil yollarında sahəsi 22350 molan  boru başlıqlarınnın və digər yol avadanlıqlarının 584 kq miqdarında  ağ və sarı boya ilə 2 dəfə rənglənmə işləri yerinə yetirilmiş və həmin avtomobil yollarında 142 ədəd qırılmış siqnal dirəkləri dəyişdirələrək yenisi ilə əvəz edilmişdir. Bundan əlavə olaraq qış mövsümünə hazırlıq ilə əlaqədar olaraq 4,0 ton miqdarında duz, 56 m3 həcmində qum ehtiyatı yaradılmışdır.

         Yağış-sel suları nəticəsində Burunqovaq və digər avtomobil yollarında baş vermiş təbii fəlakətlərin fəsadları qısa müddətdə aradan qaldırılaraq nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətləri təmin edilmişdir.

        2022-ci ildə Samux Elektrik Şəbəkəsi 16924 abonentə xidmət göstərmişdir. Bu abonentlərdən 15767-i əhali qrupuna,1166-ı isə qeyri əhali qrupuna aiddir.

        2022-ci ildə Samux Elektrik Şəbəkəsi tərəfindən enerji dayanaqlığını, enerji itkilərinin və enerji verilişində fasilələrin qarşısının alınması ilə əlaqədar olaraq Samux rayonunun bir çox kəndlərində yenidənqurma və bərpa təmir işləri görülmüşdür.

        Belə ki, 10 kilovotluq “Gülçülük” hava xəttində 39 ədəd çürümüş ağac dayaqları yeniləri ilə əvəz edilmişdir. Ziyadlı kəndində yenidənqurma işləri ilə əlaqədar olaraq 698 ədəd yeni metal boru basdırılıb, 13550 metr AS-35 markalı SİP kabel, 1950 metr AS-50 markalı SİP kabel xətləri çəkilmişdir. Samux rayonunun Qarayeri, İnistitut qəsəbələrində və Hacıalılı kəndində əhaliyə xidmət edən müxtəlif  güclü 44 ədəd transformator cari və əsaslı təmir edilmişdir.

        Yuxarı Ağasıbəyli kəndində 9 ədəd çürüyərək yararsız hala düşmüş dayaqlar yenisi ilə əvəz olunmuşdur.

        2022-ci ildə rayon mərkəzini elektrik enerjisi ilə təmin edən 10 kV-luq “Çaxır Zavodu Sabir” hava xətdində 64 dayaq arası boş naqillər tarımlanmış, 60 dayaq arası ağaclar budanmışdır.

        2022-ci ildə rayonun müxtəlif qəsəbə və kəndlərində ümumilikdə 187 ədəd yeni sayğac quraşdırılıb, 390 ədəd sayğac həyətyanı sahədən çölə çıxarılıb, 925 ədəd sayğac isə yenisi ilə əvəz edilib.

          Əhalinin təbii qazla təminatının yaxşılaşdırılması istiqamətində  Qaz İstismar İdarəsinin Samux Xidmət Sahəsi tərəfindən müəyyən işlər  görülməkdədir. Hal-hazırda  rayonun                 30  yaşayış  məntəqəsində  mavi yanacaqdan istifadə olunur.

        İdarə tərəfindən rayonun Qarayeri qəsəbəsində diametri 108 mm olan 116 metrlik, diametri 89 mm olan 498 metrlik, Bağbanlar kəndində diametri 57 mm olan 320 metrlik və Qiyaslı kəndində diametri 57 mm olan 300 metrlik  yeni qaz xətti çəkilmiş, ümumilikdə 12 ədəd qaz tənzimləyici şkafın quraşdırılması işləri həyata keçirilmişdir.

        Eyni zamanda Samux şəhər və Sərkar kənd istiqamətində və yersətində olan  diametri 273 milli metr və uzunluğu 400 metr qaz xətti dayaqlar üzərinə qaldırılmış, Samux şəhər, Alıuşağı və Kolayır kəndlərində ümumilikdə uzunluğu 7500 metr olan qaz xəttləri rənglənmişdir. Qaz İstismar İdarəsinin Samux Xidmət Sahəsi  tərəfindən 140 ədəd istismar müddətini keçmiş sayğac yenisi ilə əvəz edilmişdir.

        2022-ci ildə 314 yeni abonent təbii qazla təmin edilmişdir Ümumilikdə  Qaz İstismar İdarəsinin Samux Xidmət Sahəsi   tərəfindən 2256 qaz sayğacı yenisi ilə əvəz edilmişdir.

        Samux şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün müvafiq sərəncama uyğun olaraq, 10000 m3-lik su anbarı inşa edilmişdir. İnstitut qəsəbəsində yerləşən sakinləri məişət suyu ilə təmin edən subartezian qurğuları əsaslı və cari təmir olunaraq tam işlək vəziyyətə gətirilmişdir.  Abonentlərin sayı ümumilikdə 2756 nəfər olmuşdur.

        Samux şəhərinin küçə və məhəllədaxili su xətləri qum və lildən təmizlənmiş, mövcud yeraltı siyirtmələr test olunaraq təmir işləri aparılmışdır. Bu günə kimi 55391 metr yeni su xətti çəkilmişdir.

        İdarənin balansında 17 ədəd subartezian quyusu vardır ki, onlardan 13 ədədi işlək vəziyyətdədir və  4 ədəd subartezian quyusu ilə bağlı aidiyyəti üzrə müraciət edilmişdir.

        2022-ci ildə ümumilikdə 209377 kVt saat enerji sərf edilmiş və 178370 manat dəyərində enerji haqqı toplanmışdır.

        Rayon üzrə 1682 ədəd su sayğacı quraşdırılmış və sayğaclaşma işləri tam başa çatdırılmışdır. Eyni zamanda Kolayır №1 ünvanında yerləşən 36 mənzillik çoxmərtəbəli yaşayış binasını məişət suyu ilə təmin edən su nasosu yenilənmiş, şəhərdaxili mərkəzi su şəbəkəsinə qoşulması təmin olunmuş, küçə xətlərində baş verən bütün yeraltı sızmaların və digər neqativ halların qarşısı alınmışdır.

        Rayon əhalisinə göstərilən rabitə  və poçt  xidmətinin yaxşılaşdırılması  istiqamətində də müvafiq işlər aparılır. Samux Telekommunikasiya Qovşağında 9088 nömrə tutumlu, 19 Avtomat Telefon Stansiyası (ATS) fəaliyyət göstərir ki, bu da rayonun bütün yaşayış məntəqələrinə telekommunikasiya xidmətlərinin göstərilməsini tam təmin edir.

        2022-ci ilin sonuna sabit şəbəkə telefonlarının sayı 8856 ədəd təşkil etmişdir. O cümlədən sabit şəbəkə telefonların sayı  mənzillərdə 8447 ədəd, idarə, müəssisə və təşkilatlarda  isə  409 ədəd olmuşdur.  Rayon üzrə hər 100 ailəyə düşən sabit şəbəkə telefonlarının sayı 69,1 ədəd, hər 100 nəfərə düşən sabit şəbəkə telefonlarının sayı isə 15,1 ədəd təşkil etmişdir.

        Hesabat dövrü ərzində aztelekom.net portalının montaj tutumu 7172 port təşkil etmişdir. Rayonda internet istifadəçilərinin sayı 6601 nəfər olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 287 nəfər abunəçinin artmasını göstərir. Abunəçilərin genişzolaqlı yüksəksürətli internet xidmətinə olan tələbatı tam ödənilmişdir.

        Kənd təsərrüfatı məhsullarının istehsalında yüksək nəticənin əldə olunmasında əsas şərtlərdən biri də əkin sahələrinin suvarma suyu ilə təminatı məsələsidir. Bu sahə daim ölkə başçısının diqqətində saxlanılır. “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları bunun əyani sübutudur.

        Samux Suvarma Sistemləri İdarəsi rayonun 25520,5 hektar suvarılan torpaqlarına xidmət edir.

        İdarənin balansında 574 ədəd subartezian quyusu, 26 ədəd nasos stansiyası və 30 ədəd maşın-mexanizm vardır.

        Hesabat dövrü ərzində 241.9 milyon m3 su istehsal edilmiş və əkin sahələri suvarılmışdır. 2022-ci il ərzində torpaqların suvarılması üçün əkin sahələrinə xidmət edən həcmi 725 min m3, uzunluğu isə 329 km olan təsərrüfatlararası və təsərrüfatlardaxili kanallarda lildən təmizlənmə işləri aparılmış, kanallar və çaylarda 140 min m3 sahilbərkitmə və selə qarşı torpaqiama  işləri həyata keçirilmişdir.

        Bundan əlavə kanallarda 50 ədəd HTQ, 23 ədəd hidropost və 680 metr boru kəməri təmir edilmişdir.

        2022-ci ildə müvafiq olaraq 370 ədəd nasos, 26 ədəd elektrik avadanlığı təmir edilmiş, rayon ərazisində olan əkin sahələrinin suvarılmasının yaxşılaşdırılması və maneəsiz suvarma suyunun axıdılması üçün təsərrüfatlararası və təsərrüfatlardaxili kanallarda (28400 m2) kol-kosdan təmizlənmə işləri görülmüşdür.

        Suvarma suyunun itkisinin qarşısının alınması üçün təsərrüfatlararası kanallarda əsaslı təmir işləri planlaşdırılmış, Sərkar kanalında 2 km və Allahdad kanalında 1,2 km ərazi beton üzlüyə alınmışdır.

        Hesabat dövrü ərzində selin qarşısının alınması üçün Gəncə çayında, Qabırrı çayında, Qoşqar çayında sahilbərkitmə işləri görülmüşdür. Əsaslı təmir işləri üzrə Dinaraj kanalının beton üzlüyə alınması işləri həyata keçirilmişdir.

        2022-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalının inkişafına xidmət edən infrastrukturun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində 473 ədəd texnikaya texniki baxış keçirilmiş, 29 ədəd texnikaya protokol tərtib edilmişdir.

        Rayon ərazisində  Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 35 fərdi ev tikilmiş, 6 fərdi evin tikinti işləri yekunlaşmış, yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Seyidlər kəndi ərazisində inşa edilmiş 200 ailəlik şəhərcikdə mənzillər istismara verilmişdir. Hesabat ilində ümumiyyətlə  şəhid ailələri, müharibə əlilləri və Çernobıl əlillərinə 48  mənzil  verilmişdir.

        Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da əhalinin məşğulluğu sahəsində yaranmış problemin aradan qaldırılması məqsədi ilə ölkə başçısının tapşırığı əsasında yeni iş yerlərinin yaradılması və ictimai işlərin təşkili istiqamətində tədbirlər həyata keçirilmişdir.

        Hesabat dövrü ərzində görülmüş işlərin ən əsası da, Azərbaycan Respublikası            Prezidentinin 2018-ci il 22 dekabr  tarixli 431 nömrəli Fərmanin 9-cu bəndinin icrasına əsasən əhalinin məşğulluq imkanlarının genişləndirilməsi, əmək bazarında aktivliyin və regionlarda iş yerlərinin artirilması məqsədi ilə “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, haqqı ödənilən ictimai işlərin-abadlıq, təmizlik və digər işlərin təşkili ilə əlaqədar

        Yaradılmış yeni iş yerlərindən 60-ı Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 88 layihə üzrə verdiyi 3187500 manat güzəştli kreditin hesabınadır.

        Hesabat dövrü ərzində əsas tədbirlərdən biri də Azərbaycan Respublikası Prezidentinin “Əhalinin özünəməşğulluğun təmin olunması sahəsində əlavə tədbirlər haqqında”  07 aprel 2016-cı il tarixli Sərəncamının icrası ilə əlaqədar, Özünüməşğulluq Proqramına mərkəzdə qeydiyyatda olan iş axtaranlardan 112 nəfər aztəminatlı ailənin (biznes ideyası və bacarığı olanların) seçilib təlimlərə cəlb edilməsidir.

        2022-ci ildə ümumilikdə 64 yeni iş yeri açılmış, 1016 rayon sakini işlə təmin olunmaq üçün müraciət etmiş,  onlardan 574-ü işlə təmin edilmişdir. 420 nəfər işsiz statusu almışdır. İşsizlik sığortası alanların sayı 22 nəfər olmuşdur. Kvota əsasında 1 nəfər işlə təmin edilmiş, 47 nəfər peşə hazırlığına cəlb edilmişdir. Özünüməşğulluq proqramı çərçivəsində 124 nəfər aktivlərlə təmin edilmiş, 10 nəfər ictimai işlərə cəlb olunmuşdur

          2022-ci ildə rayon ərazisində səhiyyə sisteminin yaxşılaşdırlması məqsədilə, Sərkar kənd tibb məntəqəsinin tikintisi yekunlaşmış və yeni 90 çarpayılıq “Rayon Mərkəzi Xəstəxanası” kompleksi tikintisi başa çataraq, yaxın zamanlarda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

        Sərkar kəndində 300 şagird yerlik uşaq musiqi məktəbinin tikintisi yekunlaşmışdır və  yaxın vaxtlarda istifadəyə veriləcəkdir.

        Rayon ərazisində əhalinin asudə vaxtını səmərəli keçirtməsi üçün idman-sağlamlıq qurğularının quraşdırılması üçün müəyyən yerlər ayrılmışdır.

        Hesabat dövrü ərzində İnstitut qəsəbəsində 960, Çobanabdallı kəndində 624 şagird yerlik tam orta məktəblərinin, Qədili kəndində isə 80 şagird yerlik modul tipli orta məktəbin yeni binalarında tikinti işləri sona çatıdırılaraq istifadəyə verilmişdir.

          2022-ci ildə nəqliyyat və anbar təsərrüfatı sahəsində mal və xidmətlərin həcmi müqayisəli qiymətlərlə 30,3 faiz artaraq,  3258,6  min manata çatmışdır.

          Sərnişin daşınması 24,1 faiz artaraq, 6514,0 min sərnişin və sərnişin dövriyyəsi də eyni artımla 60059,1 min sərnişin km olmuşdur. Hesabat dövründə 370,0 min ton yük daşınmış- dır ki, bu isə əvvəlki ilə nisbətən 12,5 faiz çoxdur.

         Hal-hazırda  1 rabitə müəssisəsi-“Samux Telekommunikasiya Qovşağı” fəaliyyət göstərir. Rabitə sahəsi üzrə mal və xidmətlərin ümumi həcmi 1057,9 min manat və ya əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 4,3 faiz çox olmuşdur. Hesabat dövründə telefon çəkilişi olmamış və telefon aparatlarının sayı isə 8856 ədəd olmuşdur.  

         2022-ci ildə  ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsi üzrə məhsul buraxılışının həcmi  36462,1 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən faktiki qiymətlərlə 4374,6 min manat və ya 13,6 faiz çox, müqayisəli qiymətlərlə isə  215,0 min manat və ya 0,7 faiz  az olmuşdur.                                                                                                                                                                                                  

        Pərakəndə ticarət dövriyyəsi 113944,1 min manat olmuşdur ki, bu da əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 0,7 faiz azdır.

       Hər nəfərə düşən pərakəndə ticarət dövriyyəsi 1903,67 manat olmuşdur ki, bu da respublika üzrə hər nəfərə düşən  pərakəndə ticarət  dövriyyəsinin 36,7 faizini təşkil edir.

            Pərakəndə ticarət dövriyyəsinin 86694,0 min manatı və ya 76,1 faizi ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, 27250,1 min manatı və ya 23,9 faizi isə qeyri-ərzaq məhsullarının payına düşür.

        Topdansatış ticarət dövriyyəsi 2232,9 min manat və ya əvvəlki ilə nisbətən 371,2  min manat və ya 19,9 faiz çox olmuşdur.

         Əhaliyə 28226,0 min manatlıq ödənişli xidmət göstərilmişdir ki, bu isə əvvəlki ilə nisbətən müqayisəli qiymətlərlə 8,2 faiz çoxdur. Əhaliyə göstərilən ödənişli xidmətlərin 2440,5 min manatını və ya 8,6 faizini məişət xidmətləri təşkil edir.

         Fiziki şəxslər tərəfindən əhaliyə 18598,1 min manatlıq və ya əhaliyə göstərilən ödənişli xidmətin ümumi həcminin  65,9 faizi qədər ödənişli xidmətlər göstərilmişdir.

          Hesabat dövründə əhaliyə 3290,8 min manatlıq iaşə xidmətləri göstərilmişdir. Bu əvvəlki ilə  nisbətən 1250,3 min manat və ya müqayisəli qiymətlərlə 36,5 faiz çoxdur. İaşə xidmətlərinin hamısı fiziki şəxslər tərəfindən göstərilmişdir. İaşə xidmətləri  ilə 78 fiziki şəxs məşğul olmuşdur.

         2022-ci ilin noyabr ayının  sonuna siyahı tərkibində olan işçilərin sayı 5727               nəfər və hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği isə 533,3 manat olmuşdur ki, bu isə əvvəlki ilin müvafiq dövrünə  nisbətən 15,5 faiz çoxdur.

 

 

 

                                         Samux Rayon Statistika İdarəsi                             

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                                                                                                                               

 

 

 

 

 

 

 

 

Keçidlər