Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsi və təbliği“ mövzusunda silsilə seminarlar təşkil olunur.

16 aprel 2014 | 15:00

Azərbaycan xalqının ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti,  Azərbaycan  xalqı  və dövləti qarşısında müstəsna tarixi xidmətlərinin təbliği ilə baglı respublikada keçirilən tədbirlər Samux rayonunda da davam etdirilir.
Samux rayon Heydər Əliyev Mərkəzində rayon İcra Hakimiyyətinin və rayon Təhsil Şöbəsinin təşkilatçılığı və rəhbərliyi ilə rayonun orta ümumtəhsil məktəblərinin on birinci sinif şagirdləri üçün “Heydər Əliyev siyasi irsinin dərindən öyrənilməsi və təbliği“ mövzusunda silsilə seminarlar təşkil olunur.
Seminarlarda Ulu Öndərin həyat fəaliyyətinin müxtəlif aspektləri geniş təhlil edilir, dahi şəxsiyyətin siyasi irsinin, dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinin öyrənilməsinin əhəmiyyətindən danışılır.

Keçidlər