Mənəviyyata sığmayan hərəkətlər
“Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bir gün də dayanmır. Bu mübarizənin artıq yaxşı nəticələri var, daha da yaxşı nəticələri olacaqdır. Biz bu böyük bəlanı ölkəmizdən yığışdırmalıyıq, təmizləməliyik. Elə etməliyik ki, Azərbaycan hər sahədə - həm siyasi, həm iqtisadi, həm korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə sahəsində nümunə olsun və olacaqdır".İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səkkiz il bundan əvvəl söylədiyi fikirlər bu günlərdə daha da real təsdiqini tapmaqdadır. Belə ki, ölkə başçısı tərəfindən 2018-ci il Prezident seçkilərindən dərhal sonra başlanmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi və kadr islahatları 2019-cu ilin sonuna doğru daha geniş vüsət almış və 2020-ci ildə də intensiv şəkildə davam etdirilməkdədir.
Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş-məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Bu sahədə əldə edilmiş uğurlar-dövlət qulluqçularının şəffaf fəaliyyəti və vətəndaş məmnunluğunun artırılması ilə yanaşı, geniş əhali quruplarının narazı salmağa yönəlmiş neqativ halların hələdə təkrarlanması faktlarında müşahidə olunmuşdur. Bu cür əməllərə son qoylması tələbi ilə ən yüksək səviyyədə edilmiş açıq çağrışlara və xəbərdarlıqlara məhəl qoymayan, ifşa olunmuş həmkarlarının aqibətindən nəticə çıxarmayan vəzifəli şəxslər barəsində qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsi zəruri olmuşdur.
Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan vəzifəli şəxslər Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Ağstafa,Yevlax, Biləsuvar, Neftçala və İmişli rayonlarının icra hakimiyyəti başçıları, habelə bir sıra şəhər-qəsəbə inzibati ərzi dairələri üzrə nümayəndələrinin cinayət məsuliyyətinə cəlb olunaraq həbs edilməsi təmin edilmişdir.
Bu məmurlar dünyanı bürüyən koronavirus pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə başçısı cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər etmişlər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 1-də Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevi videoformatda qəbul edərkən ölkədə korrupsiyaya qarşı mübarizə aparılması ilə bağlı prinsipial mövqeyini bir daha diqqətə çatdırmış, tətbiq edilən məsuliyyət tədbirlərinin təkcə yerli icra hakimiyyəti orqanları ilə kifayətlənməyəcəyini, cəmiyyətin əsaslarını sarsıdan, çirkin əməllərə yol verən bəzi mərkəzi icra hakimiyyəti orqanlarını da əhatə edəcəyini açıq şəkildə bildirmişdir.
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizlik Xidmətinin Aqzərbaycan Respublikasının Mədəniyyət Nazirliyində may ayının 8-də keçirdiyi xüsusi əməliyyat cənab Prezidentin sözügedən bəyənatının özünü çox gözlətməyən nəticəsi olmuşdur. Nazirliyin yüksək vəzifəli şəxsləri, o cümlədən nazir müavini və nazirlik yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisinin öz səlahiyyətllərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı təqsirləndirilərək barələrində həbs qətimkan tədbiri görülmüşdür.
Xalq tərəfindən bu kimi neqativ hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatları ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir.