Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən şuranın 11 aprel 2014 – cü il tarixində iclası keçirilmişdir.

12 aprel 2014 | 15:00

Samux  Rayon  İcra  Hakimiyyəti başçısı yanında  11  aprel 2014 – cü il tarixdə keçirilən  07  saylı şura iclasında “Azərbaycan Respublikası Prezidenti Administarsiyasının rəhbəri cənab  Ramiz Mehdiyevin 04 aprel 2014-cü il tarixli 2/199 saylı məktubu ilə göndərilmiş Beyləqan rayon İcra Hakimiyyəti başçısının aparatında dövlət  hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyəti  haqqında arayışının icrasına dair”  geniş müzakirə edildi.  Samux  rayon  İcra  Hakimiyyəti  başçısı  yanında  fəaliyyət  göstərən  şura  iclası qeyd  edir ki,  arayışda  son illər   Azərbaycan  Respublikası  Prezidentinin  Adiministrasiyasına  ünvanlanan  vətəndaş  müraciətlərinin  təhlili,  respublikanın  əksər  şəhər və  rayonlarından daxil  olan müraciətlərin, o cümlədən  şikayətlərin sayında azalma müşahidə  olunsa  da  bəzilərində vəziyyətin qaneedici olmadığı göstərilir.
Bununla  əlaqədar  Azərbaycan  Respublikası  Prezidenti Administrasiyasının Sənədlərlə  və  vətəndaşların müraciətləri ilə  iş  şöbəsi  tərəfindən  Respublika  Baş  Prokurorluğu   və  Daxili  İşlər  Nazirliyi  nümayəndələrinin iştirakı ilə  Beyləqan Rayon İcra  Hakimiyyəti başçısının  aparatında, inzibati  ərazi dairəsi üzrə  nümayəndəliklərində  və  dövlət  hakimiyyəti  orqanlarının,  yerli qurumlarında 2012-2013-cü illərdə  və  bu  ilin yanvar – fevral  aylarında  vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərin işinin vəziyyəti  öyrənilmişdir.
Son  ildə  Beyləqan rayonundan Prezident Administrasiyasına  daxil olan müraciətlərin o cümlədən, şikayətlərin  sayında artım müşahidə  olunur və təəssüf ki, bu artımı  doğuran  səbəblər  müəyyən  edilib  aradan qaldırılmamışdır.
2013-cü ildə  RİHB-nın  və  onun aparatının  fəaliyyəti  ilə  bağlı  Beyləqan  rayonundan  Prezident Administrasiyasına  84 müraciət  daxil olduğu  halda  vətəndaş  müraciətlərinə   baxılmasına dair  Prezident Administrasiyasına  RİH-nin təqdim etdiyi  hesabatda  bu  mövzuda  müraciətin ümumiyyətlə daxil  olmadığı  bildirilmişdir.
Yoxlama  zamanı  RİH-də vətəndaşların qəbulu  vəziyyəti  öyrənilmişdir. Müvafiq   qəbul  cədvəllərinin təhlili  göstərir ki,  həmin  cədvəllərdə  qəbul günləri bayramlara  təsadüf  etdikdə  Azərbaycan  Respublikası  Prezidenti Administrasiyasının Sənədlərlə  və  vətəndaşların müraciətləri ilə  iş  şöbəsinin tövsiyəsinə  əsasən qəbulun   növbəti iş  gününə  keçirilməsi qaydası təsbit  edilməmişdir.
RİHB  aparatında   vəzifəli şəxslər  tərəfindən qəbulların  fərdi  qaydada  öz  iş  otaqlarında  keçirilməsi  qəbula  gəlmiş   vətəndaşların  qeydiyyatı  və  uçotunun  mərkəzləşdirilmiş  qaydada  aparılmasına mane  olur.
RİH-də səyyar  qəbulların  keçirilmə  təcrübəsindən  istifadə  olunur, lakin təhlil  göstərir ki,  bəzi hallarda   onlar  vətəndaşlarla  görüş  xarakteri  daşımış,  şikayətçilərin fərdi  qaydada  müraciət  etmələri üçün zəruri  şərait  yaradılmamışdır.
RİH-də sənədlərlə  iş  o  cümlədən  sənədlərin  uçotu  və  onların  icrasına nəzarət tələb  olunan səviyyədə təşkil edilməmiş, təhlil  və statistika  işi  reallığı  əks etdirməyən rəqəmlər əsasında  qurulmuşdur. Bundan əlavə  sənədlərin elektron qeydiyyat  sistemi  yaradılmamış, sənədlərin icrası ilə bağlı  arayışların böyük əksəriyyəti  hələdə  əl  yazma şəklində  tərtib olunur,  İKT-nın  imkanlarından istifadə edilmir, RİH-dəki daxili qeydiyyat   sistemi  bu günə qədər  qeydiyyat  kitabları vasitəsilə  aparılır.
Azərbaycan  Respublikası  Prezidentinin 2012-ci il 6 iyun  648  nömrəli  Fərmanı ilə  təsdiq edilmiş   “Yerli icra  hakimiyyəti  haqqında  Əsasnamə”nin 4.1.23-cü və 4.1.24-cü yarımbəndlərinə  uyğun olaraq  “Şəhər, rayon icra  hakimiyyətinin  Fəxri  Fərmanın  təsis  olunması, həmin fəxri  fərmanla təltif  etmə qaydalarının və onun nümunəsinin təsdiq edilməsi  haqqında ” qərarın nümunəvi  forması RİH-yə  göndərilmişdir. RİH-də məktuba əlavə  olunmuş  nümunələrdən istifadə edilərək  qərar  qəbul  olunmuşdur. Lakin həmin qərar heç bir  yerdə  qeydiyyatda  düşməmişdir. Ümumiyyətlə  RİH-də qərar formasında başqa akt  qəbul   olunmamışdır.
Nümayəndəliklərin fəaliyyəti  qüvvədə  olan normativ  aktların tələblərinə  uyğun  qurulmamış, sənədlərin və  vətəndaş  müraciətlərinin qəbulu, qeydiyyatının aparılması ilə əlaqədar  kargüzarlıq işi, Azərbaycan  Respublikası  Prezidentinin 1998-ci il  29  dekabr tarixli  Fərmanı ilə  təsdiq edilmiş  “Dövlət  hakimiyyəti  orqanlarında idarə, təşkilat  və müəssisələrdə vətəndaşların təklif,ərizə və şikayətləri üzrə  kargüzarlığın aparılması Qaydaları”na uyğun təşkil  olunmamışdır.
Bu təşkilatların  bəzilərində  qeydiyyat  kitabları Azərbaycan  Respublikası  Prezidentinin 2003-cü il  27 sentyabr tarixli  Fərmanı ilə  təsdiq edilmiş  “Dövlət  hakimiyyəti  orqanlarında idarə, təşkilat  və müəssisələrdə vətəndaşların təklif,ərizə və şikayətləri üzrə  kargüzarlığın aparılmasına dair Təlimat”ın tələblərinə ümumilikdə cavab vermir, hətda bəzi hallarda  kitabların səhifələnib nömrələnməsi, iş  qovluqları və qeydiyyat nömrələrinin  verilməsinə ümumiyyətlə diqqət  yetirilmir.
Yoxlama zamanı  arxiv  işinin  öyrənilməsi  göstərmişdir ki,  Azərbaycan  Respublikası  Prezidenti  Administrasiyasında  “Sənədlərin Ekspertizası və  Arxiv işi  üzrə  Mərkəzi  Ekspert Komissiyasının yaradılması haqqında”  Azərbaycan  Respublikası  Prezidentinin 1999-cu il  14 may tarixli  146 saylı  Sərəncamının icrası ilə əlaqədar  Prezidenti  Administrasiyasına  son  3 ildə  göndərilən  hesabatlar  düzgün tərtib edilməmiş  , orada  olan məlumatlar  həqiqəti  əks etdirməmişdir. RİHB  aparatında, yerli  inzibati ərazi dairələri üzrə  nümayəndəliklərində  və  rayonda yerləşən ikili tabeli dövlət qurumlarında sənədlərin  “Milli Arxiv  Fondu haqqında” Azərbaycan  Respublikasının 1999-cu il  22 iyun  tarixli Qanunda  nəzərdə tutulmuş müddətdə saxlayıb  daim mühafizə  olunmaq  üçün Dövlət  Arxivinə  təhvil  verilməsi tələblərinə riayət  olunmamışdır.
Müzakirə  zamanı müvafiq tapşırıqlar verilərək,  aşağıdakı qərarlar qəbul edildi:
1.Samux  rayon  İcra  Hakimiyyəti  başçısı aparatında komissiya  yaradılsın, arayışı əldə rəhbər tutaraq komissiya  rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairələri üzrə nümayəndəliklərində və dövlət  hakimiyyəti orqanlarının yerli qurumlarında vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması və sənədlərlə işin vəziyyətini  araşdırıb ilin 6 aylığında  yenidən Şuranın müzakirəsinə çıxarılmasını təmin etsin.
    2.Tapşırılsın  aparatın Sənədlərlə və  vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri  R.Mahmudovaya arayışda qeyd  olunan nöqsanlara yol verilməməsi ilə bağlı  lazımı tədbirlərin  görülməsini təmin etsin

Keçidlər