Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 67-ci il dönümünün qeyd edilməsi

10 may 2012 | 15:00

Samux rayonunda 9 may 2012-ci il tarixində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 67-ci il dönümü qeyd edilmişdir. Tədbir Samux rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayevin hərbi orkestrin ifa etdiyi marş sədaları altında rayonda Böyük Vətən müharibəsində həlak olmuş samuxluların xatirəsinə ucaldılmış xatirə kompleksi önünə əklil qoyması ilə başlamışdır.
Sonra tədbirdə iştirak edən rayon hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, İHB-nın inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyələr, ictimaiyyət nümayəndələri və məktəblilər kompleksə gül-çiçək dəstələri qoymaqla həlak olanlara öz ehtiramlarını bildirmişlər.
Samux rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev tədbirdə çıxış edərək 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin əldə edilməsində Azərbaycan neftinin böyük əhəmiyyəti və azərbaycanlıların göstərdiyi şücaətlər haqqında ətraflı məlumat verdi.
Tədbirdə müharibə iştirakçıları Əziz Məmmədov, Əli Nəsirov, Səfərbərlik və Çağrış üzrə Dövlət Xidmətinin rayon bölməsinin rəisi Sərdar Həsənov çıxış etdilər.
Daha sonra Samux rayon İcra hakimiyyətinin başçısı cənab Alı Qocayev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına qiymətli hədiyələr təqdim etdi.
Tədbir rayon mədəniyyət evinin təşkil etdiyi konsert proqramı ilə davam etdirildi.
 

Keçidlər