“2 fevral - Gənclər Günü” münasibəti ilə Samuxda "Heydər Əliyev və Azərbaycan Gəncliyi" mövzusunda silsilə tədbirlər keçirilib
Samux rayon İcra Hakimiyyəti, Gənclər və İdman sektoru, Təhsil sektoru və Quru Qoşunların N saylı hərbi hissəsinin birgə təşkilatçılığı ilə “2 fevral - Gəncləri Günü” münasibəti ilə "Heydər Əliyev və Azərbaycan Gəncliyi" Mövzusunda silsilə tədbirlər keçirilib. İlk öncə 50 nəfər Samux gənci və 50 nəfər əsgərdən ibarət atletika idman növünün 1000 metr məsəfəyə qaçışı üzrə rayon turniri keçirilib. Turnirin qalibləri hərbi orkestrin müşaiyəti altında mükafatlandırıldıqdan sonra "Gənclər Həftəsi" çərçivəsində keçirilmiş əl işləri və rəsm müsabiqəsi, bilik yarışı, kikboksinq, cüdo, sərbəst güləş, qol güləşi, voleybol, stolüstü tennis, şahmat idman növləri üzrə turnirlərin qalibləri Heydər Əliyev prospektində salınmış yeni parkda təşkilatçılar tərəfindən mükafatlandırılıb.
Daha sonra Heydər Əliyev Mərkəzində əlamətdar gün münasibəti ilə konfrans başlayıb.
Konfransda natiqlər Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətindən geniş söhbət açıb. Qeyd olunub ki, Ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev gənclər siyasətini layiqincə davam etdirir.
Çıxışlardan sonra il ərzində müxtəlif sahələr üzrə fərqlənən gənclər Samux Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanla mükafatlandırılıb.
Mövzüya uyğun videoçarxa baxıldıqdan sonra Gəncə qarnizonu ideoloji mərkəzin təşkil etdiyi bədii hissə ilə konfransın işi başa çatıb.