Şriftin ölçüsü :

Saytın rəngi :

Hava xəbərdarlığı

08 may 2020 | 16:00

Mayın 09-u günün ikinci yarısından 11-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi,arabir yağış yağacağı,bəzi yerlərdə leysan xarakterli intensiv,şimal və qərb rayonlarında güclü olacağı gözlənilir.Ayrı-ayrı yerlərdə şimşək çaxacağı,dağətəyi rayonlarda dolu düşəcəyi,yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.Qərb küləyi arabir 15-20 m/s,ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.Havanın temperaturu ötən günlərlə müqayisədə 4-7 dərəcə aşağı enəcək.Çaylarda sululuğun artacağı,Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Hidrometeoroloji Proqnozlar
Bürosunun direktoru:                                     G.Məmmədova-

Keçidlər