Samux Rayon İcra Hakimiyyətinin Samux Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Samux şəhəri daxilində yol və küçələrin təmiri məqsədilə açıq tender elan edir
LOT 1 - Samux şəhəri daxilində yol və küçələrin təmiri
Tender iştirakçılarına təklif edilir ki, www.etender.gov.az - dövlət satınalmalarının vahid internet Portalına (Portal) elektron imzaları vasitəsilə daxil olsunlar və tender haqqında ətraflı məlumatı əldə etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımimaliyyə və texniki imkanlara malik olmalıdırlar. Tenderdə iştirak etmək istəyən təşkilatlar LOT üzrə müəyyən edilən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üzrə təkliflərini Portal vasitəsilə təqdim edə bilərlər.
İştirak haqqı: LOT1 - 100AZN
Kapital Bankın Samux filialı
Kodu: 200855
VÖEN: 9900003611
M/H: AZ37NABZ01350100000000001944
SWIFT: BIKAIIBAZ2X
Samux şəhər İƏD-si üzrə nümayəndəlik
İBAN H/HAZ64AIIB32051019448500201185
VÖEN: 6900128551
Büdcə səviyyəsinin kodu
Büdcə Təsnifatının kodu 142330
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Tenderdə iştirak etmək üçün iddiaçılar aşağıdakı sənədləri təqdim etməlidirlər:
- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;
- vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haq-qında son 1 maliyə ili nəzərdə tutulan arayış;
- son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması haqqında vergi orqanından arayış;
- iddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- iddiaçının fəaliyyəti haqqında vergi orqanları tərəfindən son 1 maliyə ili nəzərdə tutulmaqla təsdiq olunmuş maliyyə hesabatının surəti;
- iddiaçının rəsmi blankında təqdim olunmuş bank rekvizitləri və ünvanı;
- qeydiyyatdan keçdiyi ölkə (reyestrdən çıxarış);
- nizamnamə;
- iddiaçının son bir ildə analoji işlər üzrə təcrübəsi və potensialı haqqında məlumat, maddi-texniki bazası, o cümlədən maşın, mexanizm və digər texnikaların mövcudluğu haqqında məlumat;
- lisenziya;
- tender təklifi (təkliflərin açıldığı tarixdən sonra ən azı 30 bank günü qüvvədə olmalıdır);
- təklifin dəyərinin 1 faizi həcmində bank sənədi (təkliflərin açıldığı tarixdən sonra ən azı 60 bank günü qüvvədə olmalıdır).
Tender proseduru "Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir.
İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank zəmanəti istisna olmaqla) 03 iyun 2020-ci il saat 16:35-ə qədər, tender təklifı və bank zəmanətini 11 iyun 2020-ci il saat 16:35-ə qədər Portala təqdim etməlidirlər.
Tender proseduru 12 iyun 2020-ci il saat 16:35-də etender.gov.az elektron Portalındakeçiriləcəkdir.
QEYD: Tenderdə iştirak, tenderin qiymətləndirilməsi və digər bütün prosedurlar yalnız elektron qaydada Portal vasitəsilə aparılır.
Tender komissiyası