Samux rayonunda 2020-ci ilin yanvar-mart aylarında əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 1162,1 min manat olmuşdur.
07 may 2020 | 16:00
Samux rayonunda 2020-ci ilin yanvar-mart aylarında əsas vəsaitlərə qoyulan investisiyaların həcmi 1162,1 min manat olmuşdur. Sosial sahəyə 98,7 min manat, tikinti işlərinə isə 1063,4 min manat investisiya qoyulmuşdur. Əsas kapitala qoyulan investisiyanın hamısı qeyri-istehsal təyinatlıdır. 2520,6 min manat əsas fondlar istifadəyə verilmişdir. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 536,0 min manat olan 1598,0 kvadrat metr mənzil tikilib istifadəyə verilmişdir. Əsas kapitala yönəldilmiş sərmayənin 626,1 min manatı və ya 53,9 faizi dövlət büdcəsindən ayrılmış, 536,0 min manatı və ya 46,1 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olmuşdur.