Samux Rayon İcra Hakimiyyətinin başçısı Seyidlər kəndində məcburi köçkünlər üçün inşa edilən yaşayış məntəqəsinin tikintisində görülən işlərlə maraqlanmışdır.
Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün görülən işlər bu kateqoriyadan olan soydaşlarımızın hər zaman Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunduğunu göstərir. Məcburi köçkünlərin müvəqqəti yaşayış yerlərindən müasir tələblər səviyyəsində inşa edilən qəsəbələrə köçürülməsi dövlətin bu insanlara göstərdiyi diqqətin təzahürüdür. Prezident İlham Əliyevin yürütdüyü siyasətin təməl prinsiplərindən olan məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin nəticəsidir ki, ölkədə çadır şəhərcikləri ləğv edilmiş, bu insanların hamısı müasir tipli qəsəbələrə köçürülmüşdür. Onların maddi rifahının yaxşılaşdırılması üçün Dövlət proqramları qəbul edilmiş, sosial müavinətlərin artırılması istiqamətində mühüm tədbirlər görülmüşdür. Bu işlərin davamı kimi Samux rayonunun Seyidlər kəndində məcburi köçkünlər üçün inşa edilən yaşayış məntəqəsinin tikilir. Yaşayış məntəqəsi 200 dən artıq ailə üçün nəzərdə tutulmuşdur. 9 ədəd 4 mərtəbəli yaşayın binalarından ibarət olacaq yaşayış məntəqəsində mənzillərin tikintisi ilə paralel olaraq 144 şagird yerlik tam orta məktəbin və 50 yerlik uşaq bağçası-körpələr evinin də tikintisi aparılır. Samux Rayon İcra Hakimiyyətinin başçısı Alı Qocayev yeni tikilən yaşayış məntəqəsində olmuş və tikintidə görülən işlərlə yaxından tanış olmuşdur.