Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayon əhalisinin tibbi müayinəsi uğurla davam etdirilir.

11 aprel 2014 | 15:00

Ölkə prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən respublikada olduğu kimi Samux rayonunda da  Samux MRX-da müvafiq təşkilati işlər görüldükdən sonra 17.02.2014-cü il tarixindən əhalinin kütləvi müayinəsinə başlanılmışdır. Bu günkü  tarixə  kimi 35 yaşayış məntəqəsi, 55595 nəfər əhalisi olan Samux rayonunun 31 yaşayış məntəqəsində 33637 nəfər (sorğu əsasında) – 61.0% müayinədən keçirilmişdir. O cümlədən 31 yaşayış məntəqəsində yaşayan 51445 nəfərdən 33637 nəfər (65 %) müayinədən keçirilmişdir.
        33637 nəfər müayinədən keçən əhalinin 5616 (16.7%) nəfərində müxtəlif xəstəliklərlə əlaqədar hadisələr aşkar edilmiş, onlara müalicəvi, istiqamətverici xidmətlər göstərilmişdir. Ümumilikdə götürdükdə aşkar edilən xəstəliklər arasında kardioloji, nevroloji, endokirinoloji, oftolmoloji, ağ ciyər xəstəlikləri göstərilən sıra ilə üstünlük təşkil etmişlər.
       Müxtəlif şikayətlərlə müraciət etmiş 5616 nəfərdən 1188-nəfərin daha dərin funksional-diaqnostik müayinəyə ehtiyacı olmuşdur ki, onlardan 164 nəfəri rentgen müayinəsindən, 268 nəfəri EKQ-dən, 265 nəfəri gözün sadə üsulla optik müayinəsindən, 106 nəfəri USM müayinəsindən keçirilmişlər.
       Müayinə nəticəsində 36 nəfər daha dərin müayinə və müalicə üçün  Bakı  və 47 nəfər Gəncə şəhər klinikalarına göndərilmişlər. 5 nəfər isə özəl klinikalara  göndərilmişdir.
     Göndərilən xəstələr arasında 23 nəfər  stosionar müalicəyə cəlb edilmiş, 8 nəfərə müxtəlif cərrahi əməliyyatlar aparılmışdır.
     Müayinənin keçirildiyi dövrdə 146 nəfər yataq xəstəsi aşkar edilmişdir.   
    01.05.2014-cü il tarixə kimi davam etdiriləcək müayinəyə daha çox əhalinin cəlb edilməsinə  və müayinənin  mütəşəkkilliklə və keyfiyyətlə  həyata keçirilməsinə çalışacağıq.

Keçidlər