Samux rayonunda ən çox investisiya tikinti sahəsinə qoyulub
Bu ilin birinci rübündə Samux rayonuna qoyulan investisiyaların həcmi 1162,1 min manat olub.
Rayon statistika idarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, sosial sahəyə 98,7 min manat, tikinti işlərinə isə 1063,4 min manat investisiya qoyulub.
Əsas kapitala qoyulan investisiyanın hamısı qeyri-istehsal təyinatlıdır. 2520,6 min manat əsas fondlar istifadəyə verilib. Əhalinin şəxsi vəsaiti hesabına dəyəri 536 min manat olan 1598 kvadratmetr mənzil tikilib. Əsas kapitala yönəldilmiş sərmayənin 626,1 min manatı və ya 53,9 faizi dövlət büdcəsindən ayrılıb, 536 min manatı və ya 46,1 faizi isə əhalinin şəxsi vəsaiti hesabına olub.
Eyni zamanda, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq Samux rayonunda 2020-ci ilin yanvar-mart ayları ərzində bir sıra abadlıq-quruculuq işləri həyata keçirilib.
Samux, 4 may, Rauf Hacıyev, AZƏRTAC