Sosial şəbəkədə Samux Rayon Sərkar kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi haqqında yerləşdirilmiş qərəzli videomüraciət barədə məlumat
Samux rayon Sərkar kənd sakini Kərimova Günel Nurəddin qızının youtube.com sayıtındakı MUM TV səhifəsindən efirə verilmiş video müraciətə aşağıdakıları bildirmək istəyirik:
Sərkar kəndində qeydiyyatda olan Kərimova Günel Nurəddin qızı III qrup əlildir və aylıq 110 manat müavinat alır, həyat yoldaşı Kərimov Vahid Qədir oğlu Samux rayon Sərkar kəndində yerləşən dayısı Hüseynov Mehdi Fəxrəddin oğluna məxsus olan mülkdə müvəqqəti olaraq ailəsi ilə birlikdə yaşayır və Kərimov Vahid Qədir oğlu hal-hazırda Sərkar kənd ərazisində fəaliyyət göstərən Dəri sexində fəhlə işləyir və aylıq 450 manat əmək haqqı alır. Kərimova Günay Nurəddin qızı, atası ilə onşuluqda yaşayır. Atası Məmmədov Nürəddinin Sərkar kəndi ərazisində 3 ha torpaq sahəsi vardır.Vətəndaş Kərimova Günel Nurəddin qızınin müraciətinin yerində araşdırılması zamanı onun sosial yardım almaqla bağlı olan müraciətinin qanun vericilikə tənzimlənən prosedurlar izah olundu və onun bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial müdafiə Nazirliyinə müraciət etməsi tövsiyyə edildi.