Şriftin ölçüsü :

Saytın rəngi :

Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayev videobağlantı vasitəsi ilə iclas keçirdi

02 may 2020 | 16:00

Samux Rayon İcra Hakimiyyətinin Başçısı Alı Qocayevin videobağlantı vasitəsi ilə 2 may 2020-ci il tarixində inzibati ərazi dairələri üzrə ica nümayəndələri ilə xüsusi karantin rejimi barədə iclası keçirildi.
İclasda Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və tövsiyələrinin Samux rayonunda əhaliyə çatırılması istiqamətində əməli tədbirlərin görülməsi, xüsusi karantin rejiminin tələblərinə ciddi şəkildə riayət olunması, maarifləndirmə işlərinin aparılması vurğulandı.
İcra başçısı rayon ərazisində xüsusi karantin rejiminin tələblərinin şərtsiz yerinə yetirilməsi, xüsusi qayğıya ehtiyacı olan vətəndaşların, əsasən də yaşı 65 yuxarı olan sakinlərin nəzarətə götürülərək diqqətdə saxlanılması ilə bağlı göstərişlər verdi.
Rayon rəhbəri yerlərdə xüsusi karantin rejimində aztəminatlı ailələrə paylanılan ərzaqların aidiyyətı üzrə çatdırılmasını və icra nümayəndələri tərəfindən verilən icazə arayışlarının verilməsinə ciddi şəkildə nəzarət olunması barədə xüsusi komissiyanı yaratdığını qeyd etdi.
Alı Qocayev hazırda ölkədə müşahidə olunan həssas dövrdə möhtərəm Prezident cənab İlham Əliyevin “daim vətəndaşın yanında olun”, “biz birlikdə güclüyük” çağırışlarına uyğun olaraq videobağlantı vasitəsilə hər kəsi məsuliyyətli olmaqla  tələb olunan karantin rejiminin qaydalarına  əməl etməsini bir daha tapşırıb.

Keçidlər