Samux rayonunda “Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən 50 tənha yaşlı və aztəminatlı ailəyə ərzaq yardımı edildi
01 may 2020 | 16:00
Ölkəmizdə olduğu kimi Samux rayonunda da tənha yaşlılara və digər həssas əhali qruplarına aid 50 ailəyə ərzaq yardımları göndərilmişdir.
Bu istiqamətdə sosial dəstək aksiyaları keçirən sosial tərəfdaşlardan biri də Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətidir.
Ərzaq payları sosial xidmətçilərlə birgə tənha yaşlıların, aztəminatlı ailələrin evlərinə aparılaraq onlara çatdırılıb.
Keçirilən belə sosial aksiyalar ölkəmizdə pandemiya dövründə milli həmrəyliyin güclənməsinin növbəti təzahürü və yaşı 65-dən yuxarı tənha yaşayan şəxslərin, aztəminatlı ailələrin rifahına dəstək sahəsində dövlətin apardığı işlərə bir dəstəkdir.