Şriftin ölçüsü :

Saytın rəngi :

Samux rayonunda yaşı 65-dən çox olan tənha, ahıl sakinlərin sosial müdafiəsi ilə əlaqədar bütün zəruri tədbirlər həyata keçirilir.

01 may 2020 | 16:00

"Koronavirus (COVID-19) infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində ehtiyac olmadığı halda insanların evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxmada insanların pandemiyadan qorunması məqsədinə xidmət edir".
Xüsusi karantin rejimi dövründə Samux rayonunda yaşı 65-dən çox olan tənha, ahıl sakinlərin sosial müdafiəsi ilə əlaqədar bütün zəruri tədbirlər həyata keçirilir. Belə ki, 94 nəfər ahıl sakinimizə ərzaq payları verilmiş və onlara mütəmadi olaraq sosial məişət xidmətləri göstərilir. Ahıl sakinlərə ev təsərrüfatı ilə bağlı işlərdə, təmizlik işlərində, gündəlik yeməklərinin hazırlanmasında, dərman vasitələri ilə təmin olunmalarında və s. köməkliklər göstərilir.
Bunlardan əlavə qeyd etmək lazımdır ki,  Rayon İcra Hakimiyyətinin rəhbərliyi və aparatın əməkdaşları tənha və ahıl sakinlərə daim baş çəkərək onlara ərzaq, həmçinin maska, spirt, əlcək və digər dizinfeksiyaedicilərdən ibarət bağlama təqdim edirlər. Yaşlı insanlarla maarifləndirici söhbət aparılır, sağlamlıqlarının qorunması üçün evdə qalmaları, gigiyena qaydalarına ciddi əməl etmələri hər zaman tövsiyə edilir.

 

Keçidlər