Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda yaşayan daha 50 aztəminatlı ailəyə ərzaq bağlamaları çatdırılıb

01 may 2020 | 16:00

Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə respublikamızda tətbiq edilən xüsusi karantin rejimi ilə əlaqədar Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə həyata keçirilən genişmiqyaslı tədbirlərə dəstək olaraq, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin qərarı ilə aztəminatlı ailələr üçün ərzaq sovqatının paylanılması aksiyasına start verilib. Aksiya çərçivəsində respublikanın 76 şəhər və rayonu üzrə 3900 aztəminatlı ailəyə ərzaq sovqatı paylanılıb.
Samuxda yaşayan daha 50 aztəminatlı ailəyə ərzaq bağlamaları çatdırılıb. Yardımlar AHİK-in yerli qurumlarının fəallarının iştirakı ilə qəbul edilib və aprelin 29-30-da aztəminatlı ailələrə paylanılıb.

Ərzaq yardımı alan vətəndaşlar xüsusi karantin rejimi günlərində onlara göstərilən köməyə görə dövlətimizin başçısına, həmçinin aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildiriblər.

Keçidlər