Heydər Əliyev Fondunun “Biz birlikdə güclüyük” aksiyası zamanı Samux rayonunda 2806 ailəyə yardım paylanıldı
01 may 2020 | 16:00
Koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq olunduğu dövrdə dövlət tərəfindən həyata keçirilən tədbirlərə dəstək məqsədilə Heydər Əliyev Fondunun başlatdığı sosial aksiya davam edir. “Biz birlikdə güclüyük” şüarı ilə keçirilən aksiyanın məqsədi karantin rejimi dövründə aztəminatlı və digər həssas kateqoriyadan olan ailələri və onlara sosial yardım göstərmək istəyən şəxsləri bir araya gətirmək və bu işdə vətəndaş həmrəyliyini genişləndirməkdir. Aksiya çərçivəsində müraciətlər əsasında Samux rayonu üzrə qeyd olunan kateqoriyadan olan 2806 ailəyə ərzaq məhsullarından ibarət sovqatlar paylanıldı.