Şriftin ölçüsü :

Saytın rəngi :

Samuxda muzdla çalışan işçilərin nominal əməkhaqlarında 43,8 faiz artım qeydə alınıb

29 aprel 2020 | 16:00

Samuxda bu ilin birinci rübündə rayon iqtisadiyyatında muzdla çalışan işçilərin orta sayı 5141 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun məbləği 6977762,4 manat olub.
Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hər bir işçiyə düşən orta aylıq nominal əməkhaqqının məbləği 452,4 manat, əvvəlki ildə isə 314,7 manat olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrünə nisbətən 43,8 faiz çoxdur. 2020-ci ilin yanvar–mart ayları ərzində muzdla çalışan qadınların orta sayı 3110 nəfər, həmin işçilərə hesablanmış nominal əməkhaqqı fondunun məbləği 3947589,9 manat, hər bir qadına düşən orta aylıq nominal əməkhaqqının məbləği 423,2 manat olub. Bu göstərici isə əvvəlki ilin müvafiq dövrünə nisbətən 53,1 faiz çoxdur.
Samux, 28 aprel, Rauf Hacıyev, AZƏRTAC

Keçidlər